Payda və qoqos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir



Yüklə 109 Kb.
səhifə3/9
tarix16.08.2022
ölçüsü109 Kb.
#63138
1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ 2-2

geniş sosial mənada. Bu halda tərbiyəyə həyatımızın bütün sahələri – xalqın milli-sosial həyat tərzi, dövlətin və müxtəlif ictimai təşkilatların apardıqları tərbiyə işləri aidir;

  • geniş pedaqoji mənada. Təlim-tərbiyə müəssisələrində həyata keçirilən məqsədyönlü və mütəşəkkil tərbiyə prosesi geniş pedaqoji mənada tərbiyədir;

  • məhdud, dar mənada. Məhdud mənada tərbiyə şəxsiyyətin bir xarakter əlamətinin, mənəvi keyfiyyətinin, əxlaqının formalaşmasına təsir edəcək xüsusi tərbiyə sahəsini nəzərdə tutur. Məsələn, ya fiziki, ya estetik, ya vətənpərvərlik və ya insanpərvərlik tərbiyəsi və s.

    Deməli, tərbiyə geniş sosial, pedaqoji və məhdud tərbiyə məsələlərini əhatə edir.
    Pedaqogikanın anlayışlarından olan təlim müəllim və şagirdlərin məqsədyönlü, qarşılıqlı fəaliyyətidir. Təlim müəllimin rəhbərliyi ilə şagirdlərin müəyyən bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi və bu zaman tərbiyə olunması və inkişaf etdirilməsi prosesidir. Təlim verəndə tərbiyə edirik, tərbiyə edəndə təlim veririk “tərbiyə” ilə “təlim” anlayışları qismən bir-biri ilə bağlıdır.
    Təhsil təlimin nəticəsidir. O, əsl mənada öyrənilən fənn barədə bitmiş təsəvvürlərin əldə edilməsidir. Təhsil təlim olunanın əldə etdiyi bilik, bacarıq və vərdişlərin sistemli həcmidir. Hələ XIX əsrdə insanların formalaşması təhsil almaqla ölçülürdü. Lakin indi fənn və biliklərin geniç miqyas alması insanların bütün bilik sahələrinə yiyələnməsinə imkan vermir. İndiki şəraitdə təhsilli o adama deyilir ki, o, müəyyən elm sahəsində biliyə malikdir, səbəblər və nəticələr barədə məntiqi nəticələr çıxarmağı, düşünməyi bacarır.
    Təhsil şagirdlərin elmi bilik, idraki bacarıq və vərdişlər sisteminə yiyələnməsi, dünyagörüşünün və əxlaqi-mənəvi keyfiyyətlərinin formalaşması, yaradıcılıq bacarıqlarının inkişaf prosesi və nəticəsidir.
    Təhsil üç formada həyata keçirilir:

    1. Müəllimin rəhbərliyi altında keçirilən təhsil (təlim);

    2. Özünütəhsil;

    3. Distant (məsafədən) təhsil.


    Yüklə 109 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin