Payda və qoqos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir



Yüklə 109 Kb.
səhifə5/9
tarix16.08.2022
ölçüsü109 Kb.
#63138
1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ 2-2

surdopedaqogika kar və lal uşaqların təlim-tərbiyəsindən bəhs edir;

  • tiflopedaqogika kor uşaqların təlim-tərbiyəsindən bəhs edir;

  • oliqofreno pedaqogika - əqli cəhətdən qüsurlu olanların təlim-tərbiyəsindən bahs edir;

    Əmək islah pedaqogikası. İslah - əmək düşərgələrində təlim-tərbiyə işinin təşkilindən, onların xüsusiyyətlərindən bəhs edir.
    Hərbi pedaqogika. Əsgəri xidmət yaşına çatmamış gənclərlə aparılan təlim-tərbiyə məsələlərini tədqiq edib öyrənir.
    Ailə pedaqogikası. Ailənin demoqrafik inkişafında tərbiyə baxımından özünü göstərən səciyyəvi xüsusiyyətlərdən, uşaq amilinin nəzərə alınmasından, təlim-tərbiyə işinin təşkilindən bəhs edir.
    Pedaqogika tarixi. Dünya ölkələrində məktəb və pedaqoji fikrin inkişafı tarixini öyrənir.
    Müqayisəli pedaqogika. Müxtəlif ölkələrin təhsil sisteminə tənqidi yanaşaraq onların xüsusiyyətlərini öyrənir, müqayisə edir və nəticələr çıxarır.
    Fənlərin tədrisi metodikası. Metodika ayrı-ayrı fənlərin tədrisi məsələlərini tədqiq edir və müəyyən göstərişlər verir. O, konkret tədqiqat metodlarını konkret obyektə tətbiq edir.
    Xalq pedaqogikası. Şifahi xalq yaradıcılığının nümunələrinə istinad olunaraq xalq pedaqogikasının mövzusu, ümumi əsasları, xüsusiyyələri, komponentləri, üsul və vasitələri haqqında insanların mütərəqi fikirlərini sistemli şəkildə gənc nəslə aşılayır.


    PEDAQO­GİKANIN BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ
    Bütün elmlər kimi pedaqogikanın da başqa elmlərlə əlaqəsi vardır. Pedaqogika da bütün elmlərlə bu və ya digər dərəcədə əlaqədardır. Onların ən əsaslarını nəzərdən keçirək.
    Pedaqogikanın insanın psixi inkişaf qanunauyğunluqlarını öyrənən psixologiya ilə əlaqəsinin müstəsna əhəmiyyəti vardır. Psixologiya başlıca olaraq müxtəlif yaş dövrlərində uşaqların psixi inkişafı ilə, pedaqogika isə insanın daxili dünyasında və davranışında nəzərdə tutulan dəyişiklikləri öyrənməyə xidmət edən tərbiyəvi təsirlərin səmərəliliyi ilə maraqlanır. Hər iki elm arasında güclü inteqrasiya prosesləri gedir ki, bunun nəticəsində pedaqoji psixologiya və psixoloji pedaqogika kimi elm sahələri meydana çıxmışdır.
    Pedqogika ilə əlaqəsi olan digər bir elm də fəlsəfədir. O, bəşəri fikrin inkişafını və onun qanunauyğunluqlarını başa düşməyə, insanı həyatı dərk etməsinin böyük təcrübəsini anlamağa yardımcı olur. Fəlsəfə elmləri pedaqogikaya tərbiyənin mahiyyət və məqsədini müəyyən etməkdə, varlığın və təfəkkürün, ümumi qanunauyğunluqlarını, fəaliyyətini düzgün nəzərə almaqda kömək edir. Bundan başqa, pedaqogika fəlsəfənin ümumi müddəaları əsasında pedaqoji gerçəkliyin qanunlarını, prinsiplərini, metodlarını müəyyən edir. O, həm də pedaqogikanın metodoloji əsasını təşkil edir.
    Pedaqogikanın mühitin şəxsiyyətə təsiri, onun saflaşdırılması problemləri, insanlar arasındakı münasibətləri öyrənən sosiologiya elmi ilə də sıx əlaqəsi vardır. Hətta indi pedaqogikanın xüsusi bir qolu olan sosial pedaqogika fənni da yaranmışdır.
    Pedaqogikanın sıx əlaqədə olduğu elmlərdən biri də insan anatomiyası və fiziologiyasıdır. Bu elmlər ayrı-ayrı yaşlarda uşaq orqanizminin və insanın bioloji varlıq kimi başa düşülməsi üçün bünövrə rolunu oynayır. Onlar bədənin müxtəlif üzvlərinin quruluşu və inkişafının xüsusiyyətləri haqqında pedaqogikaya müvafiq məlumat verir. Pedaqogika həmin məlumatlara istinad etməklə, uşaqların fiziki cəhətdən normal inkişaf yollarını müəllim və tərbiyəçilərə öyrədir.

    Yüklə 109 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin