Payda və qoqos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir


Müşahidə. Bu təlim-tərbiyə hadisələrini planlı qavramaq prosesidir. Hadisələrin gedişinə qarışmadan onları təbii şəraitdə öyrənməyə müşahidə



Yüklə 109 Kb.
səhifə7/9
tarix16.08.2022
ölçüsü109 Kb.
#63138
1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ 2-2

Müşahidə. Bu təlim-tərbiyə hadisələrini planlı qavramaq prosesidir. Hadisələrin gedişinə qarışmadan onları təbii şəraitdə öyrənməyə müşahidə deyilir. Müşahidənin bir neçə forması vardır: Tam və seçici müşahidə. Tam meşahidədə proses bütövlükdə - başdan sona qədər əhatə olunur. Seçmədə prosesin bu və ya digər cəhətləri öyrənilir. Tədqiqat müşahidəsi üç formada təşkil olunur: 1) hadisələrin gedişinə qarışmadan kənardan izləmək, yəni prosesləri kənardan müşahidə etmək; 2) təqdiqatçı bilavasitə müşahidə aparır, sanki özü dərs deyir; 3) sanki tədqiqatçı sıravi sınananlardan birinə çevrilir. Bundan başqa pedaqogikada müşahidənin açıqgizli formaları da vardır.
Pedaqoji tədqiqat metodlarında biri də təcrübənin öyrənilməsidir. Bu metodun köməyi ilə konkret problemin həll edilməsi yolları təhlil olunur və onların yeni tarixi şəraitdə tətbiq edilməsinin məqsədəuyğunluğu barədə düşünülmüş nəticələr çıxarılır. Buna görə də, bu metod çox vaxt tarixi metod adlanır. Bu metod ilk mənbələrin öyrənilməsi (arxiv) ilə bağlıdır.
Elmi tədqiqat işində pedaqoji sənədlərin öyrənilməsi də böyük rola malikdir. Belə ki, istər tədris müəssisələrində, istərsə də məktəbdənkənar tərbiyə müəssisələsində təlim-tərbiyə işinin necələyini müəyyənləşdirmək üçün tədris planları və proqramlarına, dərs cədvəllərinə, sinif jurnallarına, protokollara, sinif rəhbərinin fəaliyyət proqramlarına, külli miqdarda başqa sənədlərə müraciət olunur.
Şagirdlərin yaradıcılıq məhsullarının təhlili metodu onların mövcud olan bilik, bacarıq, vərdiş və qabiliyyətlərini öyrənib müəyyən fikir söyləməyə imkan verir. Şagirdlərin çəkdiyi şəkillərin, qurduğu modellərin, hazırladıqları fiqurların, yazdıqları şer və hekayələrin təhlili yolu ilə müəyyən nəticələr əldə etmək mümkündür.
Müsahibə metodu müxtəlif tədqiqat üsullarının, o cümlədən müşahidə və eksperimentlərin nəticələrini tamamlamağa xidmət edir. Hər bir tədqiqatçı problemi müəyyənləşdirdikdən sonra onun müsahibə üçün zəruri olan sahələrini konkretləşdirir və bunlara əsaslanan suallar hazırlayır. Əvvəlcədən müsahibənin planı tutulmalı və ona əməl olunmalıdır.
Pedaqoji eksperiment. Pedaqoji eksperiment olduqca əlverişli, dəqiq və fəal tədqiqat metodudur. İşin gedişinə müdaxilə edərək, xüsusi şəraitdə təzahür edən hadisələri öyrənməkdən ibarət olan tədqiqat metoduna eksperiment üsulu deyilir. Müşahidə üsulundan fərqli olaraq eksperiment müəyyənləşdirilən məsələni təbii və ya xüsusi yaradılmış şəraitdə öyrənir. Həm də onu nisbətən qısa bir zaman kəsiyində başa çatdırır.

Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin