Payda və qoqos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası uşaq ötürəndir


İntervyu qarşıya qoyulmuş məqsədə uyğun məlumat alınması üçün şifahi yolla aparılan tədqiqat üsuludur. O, məxfi xarakter daşımır. Anketləşdirmə



Yüklə 109 Kb.
səhifə9/9
tarix16.08.2022
ölçüsü109 Kb.
#63138
1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ 2-2

İntervyu qarşıya qoyulmuş məqsədə uyğun məlumat alınması üçün şifahi yolla aparılan tədqiqat üsuludur. O, məxfi xarakter daşımır.
Anketləşdirmə üsulu müəyyən məsələni öyrənmək və ya dəqiqləşdirmək məqsədilə aparılır. Anket əsasən kollektiv sorğu üçün hazırlanır. Anketləşdirmədə iştirak edənlərin sayı çox olur. Alınan cavablar əsasında müəyyən fikir və ya nəticə əldə olunur.
İndi pedaqoji tədqiqatda açıq və gizli, adlı və adsız, tam və qısaldılmış və s. müxtəlif anket formalarından istifadə olunur.
Kollektivdaxili münasibətləri təhlil etməyə imkan verən, fərqləndirməyi öyrənən metoddan (sosiometrik metod) geniş istifadə olunur. Bu pedaqogika elminə sosiologiyadan keçdiyindən sosioloji metodlar da adlandırılır.
Sosiometirya qrup və ya kollektivdə şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün aparılır. Bu üsuldan ilk dəfə Amerika alimi Ç.Moreno istifadə etmişdir. Bu metoddan əsasən sosial pedaqogikada istifadə olunur.
Pedaqoji tədqiqatın metodlarından biri də pedaqoji kəmiyyət metodudur. Bir sıra ədəbiyyatda buna riyazi metod da deyilir. Pedaqogikada kəmiyyət metodlarında istifadə üçün iki əsas yol vardır: birinci, müşahidə və eksperimentlərin nətəcələrini işləmək üçün; ikinci, təlim-tərbiyə prosesini müasirləşdirmək, diaqnozlaşdırmaq, proqnozlaşdırmaq, kompüterləşdirmək üçün istifadə olunur.
Modelləşdirmə pedaqoji tədqiqatların kökündən dəyişdirilməsində ən güclü vasitə hesab olunur. O, yeni pedaqoji modellərin yaradılması və tədqiqi deməkdir.
Ümumiyyətlə, tədqiqat metodlarını nəzəri, empirik-nəzəri, empirik olmaqla qruplara ayırmaq mümkündür. Son dövrlərdə, müasir elmşünaslıqda daha bir qrup metodlardan – metanəzəri elmi-tədqiqat metodlarından da bəhs olunur. Qeyd edək ki, pedaqoji hadisələrin öyrənilməsinə idrak metodlarından heç də bir-birindən təcrid olunmuş şəkildə istifadə olunmur.
Nəzəri tədqiqat metodlarına ideallaşdırma, formalaşdırma və ekstrapolyasiya, abstraktdan konkretə yüksəlmə, aksiomatik metodlar daxildir.
Empirik-nəzəri metodlara təhlil və tərkib, induksiya, deduksiya, mücərrədləşdirmə və konkretləşdirmə, model və modelləşdirmə daxildir.
Empirik metodlara isə tədqiqatla bağlı ədəbiyyatın təhlili, təhlillə bağlı məktəb sənədlərinin öyrənilməsi, məktəbəqədər yaşlı uşaqların, şagirdlərin, müəllimlərin fəaliyyətinin öyrənilməsi, müşa-hidə, müsahibə, pedaqoji təcrübənin öyrənilməsi, ekspert xidməti, monitorinq, təcrübi iş, pedaqoji eksperiment aiddir. Nəzəri, empirik-nəzəri və empirik tədqiqatlar sıx qarşılıqlı əlaqədə olduğundan bəzən onların metodikasından ayrıca söz açmaq, onları fərqləndirmək çətinləşir. Onların hər birində başqa metodlardan, xüsusilə müsahibə və müşahidədən istifadə olunur.


Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin