idrakın forması olmaqla) pedaqogikanın strukturunda yer tutmuşdur. Pedaqogika
elmi-pedaqoji nəzəriyyələrin məcmusu kimi təqdim oluna bilər. Bu gün hər bir
nəzəriyyənin (məsələn, didaktikanın) özünün inkişafı nəticəsində yeni-yeni
nəzəriyyələr (məsələn, “Müasir dərs nəzəriyyəsi”) işlənib hazırlanmışdır. Bu onu
Pedaqoji tədqiqatlarda ən mürəkkəb məsələlərdən biri tədqiqatın obyekti və
sərhədləri müəyyənləşdirməyə cəhdlər göstərilmişdir. Bu günədək “Pedaqogika
elminin tədqiqat obyekti və predmeti nədir?” – sualına birmənalı cavab verilmə-
“Obyekt” və “predmet” anlayışları bir-biri ilə sıx bağlı və bunların arasında
oxşar cəhətlər çox olsa da, bunları eynilışdirmək olmaz. Bunların başlıca fərqi ondan
ibarətdir ki, əvvəla “obyekt” anlayışı “predmet” anlayışından genişdir; məsələn,
fizikanın da, kimyanın da obyekti təbiətdir, lakin həmin elmlər təbiəti müxtəlif
aspektdə öyrənir – biri maddələri və onların çevrilmələrini, digəri isə fiziki
hadisələri tədqiq edir. İkincisi obyekt orijinalla, predmet isə həmin orijinalın
modeli ilə, hissəsi ilə əlaqədardır. Eyni orijinalın müxtəlif modeli ola bilər, lakin
bu modellər əsla bir-birini təkrar etmir. Məsələn, həm mühəndisin çəkdiyi çertyoj,
həm də evin fotoqraf tərəfindən çəkilmiş şəkli “ev” orijinalı üçün model yerində
çıxış edir. Çertyoj və fotoqrafiya müxtəlif elmlərin mövzularına daxil olan
modellərdir: çertyoj həndəsə, fotoqrafiya isə fizika elmi ilə əlaqədardır.
Pedaqogika da, psixologiya da insan haqqında elmdir, lakin psixoloqun əldə etdiyi
modellə pedaqoqun əldə etdiyi model bir-birini əsla təkrar etmir.
Pedaqogika elminin obyekti pedaqoji təcrübənin verilməsi prosesidir, predmet
isə obyektin pedaqoji aspektdə öyrənilməsi, yəni orijinalın pedaqoji modeli və ya
hissəsidir.
Pedaqogikanın obyekti pedaqoji gerçəklikdən ibarətdir. Pedaqoji gerçəklik
dedikdə insanın həyata hazırlanmasını, onun hərtərəfli və ahəngdar inkişafına
rəhbərlik prosesini, həyata hazırlayanla həyata hazırlanan arasındakı qarşılıqlı
əlaqəni nəzərdə tuturuq. Nəzərə almalıyıq ki, bu proses öz-özlüyündə deyil, yalnız
tədqiqata cəlb olunduqda, onun üzərində elmi araşdırmalar aparıldıqda obyekt
yerində çıxış edir. Pedaqogikanın predmeti isə pedaqoji gerçəkliyin pedaqoji
modelindən ibarətdir.
Pedaqogikada “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses”
kimi anlayışlar tez-tez işlədilir və bəzən bunları eyniləşdirmə halları da müşahidə
olunur. Əslində isə bunları eyni mənada işlətmək doğru deyildir. Harada ki,
təcrübənin verilməsi vardır, orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji proses
isə pedaqoji gerçəklikdən dar anlayışdır. Yəni, o, ümumiyyətlə təcrübənin
verilməsi deyil, yalnız müəyyən tip müəssisələrdə, yəni təlim-tərbiyə
müəssisələrində özünü göstərən pedaqoji gerçəkliyi əhatə edir. Təcrübənin
verilməsində məqsəd yeni nəsilləri həyata hazırlamaqdan ibarətdir. Bu mənada
pedaqogikanı insanın həyata hazırlanması haqqında elm adlandırmaq olar.
“Təcrübə” anlayışına aşağıdakılar daxildir: biliklər sistemi; münasibətlər
sistemi; bacarıq və vərdişlər sistemi; yaradıcılıq təcrübəsi. Biliklərin yeni nəsillərə
verilməsi sayəsində təbiət, cəmiyyət və təfəkkürün ümumi sirləri öyrədilir;
münasibətlərin öyrədilməsi geniş mənada davranış qaydaları sistemini, davranış
normalarını mənimsəməyə gətirib çıxarır; bacarıq və vərdişlər yeni nəsilləri maddi
və mənəvi mədəniyyətin mühafizəsinə, bərpasına yönəldir; yaradıcılıq təcrübəsi isə
mədəniyyəti daha da inkişaf etdirməyə, zənginləşdirməyə şərait yaradır.
Dostları ilə paylaş: