Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər


Pedaqogikanın fəlsəfə ilə əlaqəsi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#2903
1   ...   15   16   17   18   19   20   21   22   ...   31
Pedaqogikanın fəlsəfə ilə əlaqəsi. F.Paulsen göstərir ki, pedaqogikanı bir elm 

olaraq  fəlsəfədən  ayırmaq  mümkün  deyil.  Psixologiyasız  və  etikasız,  o,  öz 

təməlindən  ayrı  düşür.  Bu  fənlər  də  öz  növbəsində  metafizika  və  idrak  nəzəriy-

yəsindən ayrılmazdır.” Yaxud sovet pedaqoqu P.S.Qureviç İqor İlinskinin “Təhsil 

inqilabı” kitabı haqqındakı rəydə deyir: “Təhsilin problemləri bizi mürəkkəb fəlsəfi 

düşüncələr  sisteminə  cəlb  edir.  Pedaqogika  və  tərbiyə  tarixi  ilə  bağlı  bir  çox 

tədqiqatların  çatışmazlığı  bundadır  ki,  onların  müəllifləri  təhsilə  baxışlar 

kompleksini  fəlsəfi  və  psixoloji  düşüncənin  ümumi  axarından  ayırırlar.  Ona  görə 

də,  pedaqogika  tarixi  müxtəlif  didaktika  üsullarının  sadalanmasından  ibarət  olur. 

Lakin,  axı  bu  üsullar  özü  konkret  bir  dövrdə  doğulmuşdur  və  özündə  zamanın 

dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər.” 

Ümumiləşmiş şəkildə deyə bilərik ki, insanın tərbiyəsi, istərsə də həyat üçün 

hazırlanması bilik və bacarıqlara yiyələnməsi məsələləri insan və cəmiyyət, insan 

və  dünya  problemlərinin  tərkib  hissəsidir.  Təsadüfi  deyildir  ki,  bu  məsələlərə 

ənənəvi olaraq məhz filosofların əsərlərində müraciət edilmişdir. Yeni dövrə qədər 

tərbiyə məsələləri də, didaktika problemləri də məhz filosoflar tərəfindən hazırlan-




mışdır.  Pedaqogikanın  nisbətən  müstəqil  bir  elm  sahəsi  kimi  formalaşması  ilk 

növbədə  filosoflardan  Y.A.Komenskinin,  J.J.Russonun,  C.Lokkun  yaradıcılıqları 

ilə  bağlıdır.  İ.Kantın  “Pedaqogika  haqqında”,  “Maarifləndirmə  nədir?”  –  sualına 

cavab”,  “Antropoloji  didaktika”  əsərlərində,  Hegelin  “Gimnaziya  direktorunun 

çıxışları”,  “Universitetdə  fəlsəfənin  tədrisi”,  “Gimnaziyalarda  fəlsəfənin  tədrisi” 

əsərləri  müasir  kurikulum  probleminin  metodoloji  əsaslarını  təşkil  edir. 

Pedaqogika ilə fəlsəfə arasında qarşılıqlı münasibətə dair əsasən üç mövqe vardır. 

Bəziləri  (P.Narton,  F.Paulsen,  Q.Gerşensteyner,  S.Y.Volfson  və  başqaları) 

pedaqogikanı  “tətbiqi  fəlsəfəyə”  aid  edirlər.  Onlar  haqlı  olaraq  düşünürlər  ki, 

fəlsəfənin  sahələri  olan  etika,  estetika,  məntiq  və  s.  ictimai  həyatın  sahələrini,  o 

cümlədən  təlim  və  tərbiyə  məsələlərini  də  əhatə  edir.  Lakin  onlar  bu  düzgün 

fikirdən  belə  bir  səhv  nəticə  çıxarırlar  ki,  fəlsəfə  tərbiyə  işinin  məqsədini, 

pedaqogika  isə  onu  həyata  keçirməyin  yollarını  müəyyənləşdirir.  Buna  görə  də 

onlar  pedaqogikanı  tətbiqi  fəlsəfə  adlandırırlar.  Belə  çıxır  ki,  pedaqogikanın 

əsalarını  və  qanunauyğunluqlarını  fəlsəfədə  axtarmaq  lazımdır.  Bu  mövqe  ilə 

razılaşmaq  olmaz.  Başqa  bir  qrup  mütəxəssis  (Z.Freyd,  G.Max,  E.Meyman, 

İ.Krecmep,  P.P.Blonski,  A.P.Pinkevic  və  başqaları)  pedaqoji  qanunauyğunluqları 

fəlsəfədə axtarmağın düzgün olmadığını əsaslandıraraq psixologiyaya meyil etmiş 

və  düşünmüşlər  ki,  pedaqogikanın  başlıca  dayağı  psixologiya  olmalıdır. 

Fikrimizcə,  pedaqogikanı  fəlsəfədən  ayırmaq  cəhdi  uğursuzdur.  Çünki  humanitar 

elm olan pedaqogika metodologiyasız keçinə bilməz. Təlimin, təhsilin, tərbiyənin 

və inkişafın bir çox problemlərini  metodoloji  dayaqsız  həll  etmək  mümkün deyil. 

Üçüncülərə E.İ.Monoszon N.K.Qonçarov, F.F.Korolyov, B.P.Yesipov və başqaları 

aid  edilir.  Onlar bir çox  halda  fəlsəfi  müddəaları  mexaniki  şəkildə  pedaqogikaya 

gətirirlər.  Dialektik  materializmə  istinad  edən  pedaqoqları  (M.M.Mehdizadə, 

N.M.Kazımov, B.A.Əhmədov, F.N.İbrahimov və başqalarını) dördüncü qrupa aid 

etmək olar.  

Onlar  təlim,  tərbiyə,  təhsil  və  inkişaf  məsələlərini  konkret  şəraitlə  əlaqədar 

nəzərdən  keçirirlər.  Onların  fikrincə,  məsələn,  pedaqoji  prosesin  səmərəlilik 

dərəcəsi  konkret  şəraitdən  də  asılı  olur.  Eyni  üsulun  səmərəsi  bir  şəraitdə  çox, 

başqa şəraitdə az ola bilər. Yaxud dialektik materializmə istinad edən pedaqogika 

həm təlim və tərbiyə prosesini, həm də uşağı əqli-şüuru inkişafda nəzərdən keçirir. 

Uşaq  daim  inkişafda  olduğundan  və  ətraf  mühit  amillərinin  ona  təsiri 

dəyişdiyindən  tərbiyəvi  təsirlər  də  başqalaşmış  olur.  Dialektik  materializmə 

əsaslandıqda pedaqoji prosesin hərəkətverici qüvvələrini və qanunauyğunluqlarını 

onun  özündə  axtarmalı  oluruq.  Dialektik  materializm  həm  də  təhsil  və  pedaqoji 

fikir  tarixi  məsələlərinin  təhlili  və  öyrənilməsinə  düzgün  yanaşmağa  imkan  verir. 

Unutmaq  lazım  deyil  ki,  hər  pedaqoji  nəzəriyyəyə  və  ya  fikrə  onun  yarandığı 

şəraitlə əlaqədar qiymət vermək zəruridir. 

 Məlumdur  ki,  dialektik  və  tarixi  materializm  təbiət  və  cəmiyyətin  obyektiv 

inkişaf  qanunauyğunluqlarını  müəyyən  edir.  Bu  qanunlar  pedaqoji  gerçəkliyin 

ayrı-ayrı  sahələrində  də  fəaliyyət  göstərir.  Pedaqoji  prosesdə  insanların  biliklərə 

yiyələnməsi  və  inkişafı  fəlsəfi  qanunlar  əsasında  baş  verir.  Təlim  və  tərbiyə 

prosesində  mövcud  olan  ziddiyyətlər  inkişafın  əsasını  təşkil  edir.  Digər  tərəfdən 

elmi  dünyagörüş  varlığın  obyektiv  şəkildə  dərk  olunması,  maddi  aləm 




hadisələrinin  qarşılıqlı  əlaqə  və  vəhdətdə  olduğunu  qavranması,  inkişaf  və 

dəyişmənin  zəruriliyinin  dərk  edilməsi  əsasında  baş  verir.  Bu  isə  pedaqogikanın 

fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur. 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin