Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Hansı təlim strategiyaları tətbiq ediləcək?



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə22/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   18   19   20   21   22   23   24   25   ...   69
Pedaqogika imtahan cavabları

Hansı təlim strategiyaları tətbiq ediləcək? Bütün şagirdlərin iştirakını təmin 
edən fəal təlim strategiyalarının planlaşdırılması daha çox məqsədə 
müvafiqdir. Dərs zamanı şagirdlərin bacarıqlarını qiymətləndirmək və yüksək 
dərəcəli düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədilə hər bir dərsə 
uyğun suallar hazırlanmalıdır. 
Şagirdlərin 
öyrənmə 
prosesi 
necə 
qiymətləndiriləcək? 
Seçilmiş 
qiymətləndirmə metodları təlim məqsədlərinin və nəticələrinin dəqiq 
qiymətləndirilməsinə 
imkan 
yaratmalıdır. 
Bu 
səbəbdən 
etibarlı 
qiymətləndirmə metodlarını seçmək vacibdir. Siniflə işləyən digər 
müəllimlərdən də məsləhət almaq mümkündür. Qiymətləndirmə 
metodlarının səmərəli şəkildə istifadəsi üçün kifayət qədər vaxt ayırmaq 
zəruridir. 
Dərs prosesində hansı çətinliklər yarana bilər? Məktəbdə şagirdlərin 
təhlükəsizliyinin 
təmin 
olunması 
önəmli 
məsələlərdəndir. 
Təlim 
fəaliyyətlərinin planlaşdırılması, qrup işinin təşkili zamani qarşıya çıxan maneə 
və risklərin əvvəlcədən nəzərə alınması önəmlidir. 
23.Dərsin mərhələlərinin planlaşdırılması haqqında fikirlərinizi bildirin 
Dərsi şərti olaraq üç hissəyə bölmək mümkündür. Bunlardan hər biri təlim 
məqsədlərinə çatmaq üçün diqqətlə planlaşdırılmalıdır: başlanğıc, əsas və yekun 
hissə. Məqsədə çatmaq üçün əsas hissə müxtəlif fəaliyyətlər vasitəsilə həyata 
keçirilməlidir. Başlanğıc və yekun hissələr də fəaliyyət hesab edilə bilər. 
Başlanğıc hissə 
Şagirdləri fəal şəkildə dərs mühitinə cəlb etmək üçün başlanğıc maraqlı və dərsə 
uyğun planlaşdırılmalıdır. Bu fəaliyyət, adətən, “qarmaq” adlandırılır. Belə 
tapşırıq şagirdlərin əvvəlki bilik və bacarıqlarına əsaslanmalı, həmçinin, onları 
düşünməyə vadar etməlidir. “Qarmaq” tipli çalışmalar dərsin əvvəlində yerinə 
yetirilərsə, müəllimə əsas tapşırığı hazırlamaq üçün də vaxt qalar. 


Əsas hissə 
Dərsin əsas tapşırıqlarına başlamazdan əvvəl şagirdlərə təlim məqsədlərinin 
izahatını vermək vacibdir. Bunu başlanğıc hissəsindən əvvəl və ya sonra etmək 
mümkündür. Təlim məqsədlərimi şagirdlərə vizual şəkildə göstərmək uğurlu 
nəticəyə zəmin yaradır. Öyrənənlər çalışmaların məqsədlərindən xəbərdar olmalı 
və dərsdə nələr qazanacaqlarını, hansı nəticələr əldə edəcəklərini öncədən 
bilməlidirlər. Şagirdlərin diqqətinin cəmləşdirilmə müddəti 10-15 dəqiqə 
arasında olduğundan hər tapşırıq hissələrə bölünməli, çalışma, fəaliyyətlərarası 
keçidlər planlaşdırılmalı, yekunda kiçik həcmli xülasə və ümumiləşdirmələr 
verilməlidir. Nəzərə alınmalıdır ki, hər bir fəaliyyət əvvəlkinə əsasən 
hazırlanmalıdır. Beləliklə, qeyd olunan şərtlərin gözlənməsi səmərəli dərsin 
təşkilini və keçirilməsini mümkün edəcək. 
Yekun 
Yekun mərhələ dərsin xülasəsinin verildiyi vacib hissədir. Burada dərsin təlim 
məqsədlərinə yenidən nəzər salınır. Yekun hissə müəllimdən şagirdin öyrənmə 
prosesini tamamlamağı və uğurlu sual-cavab aparmağı tələb edir. Şagirdlərə 
növbəti dərsin qısa planını söyləmək də bu mərhələdə daha münasibdir. Ev 
tapşırığını vermək və mövcud vəsaitləri toplamaq üçün də vaxt ayrılmalıdır.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin