Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Planlaşdırmada nəzərə alınmalı məqamları ümumiləşdirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə23/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   19   20   21   22   23   24   25   26   ...   69
Pedaqogika imtahan cavabları

24.Planlaşdırmada nəzərə alınmalı məqamları ümumiləşdirin. 
Dərsin müvəffəqiyyətini təmin etmək üçün bəzi ümumi məsələlərə diqqət 
yetirilməlidir: 
-Mənbələr: planda dərs üçün lazımlı mənbələrin sayı dəqiq göstərilməlidir. 
Resurslardan istifadə bacarıqları və onların işləkliyi dərsdən əvvəl yoxlanılmalı və 
hazırlanmalıdır. 
-Fəaliyyət və ya tapşırıqlar: Planlaşdırmada şagirdlər üçün nəzərdə tutulan 
tapşırıqların sayını lazım olandan daha çox hazırlamaq məsləhətdir. Planlaşdırılan 
tapşırıqlardan ən azı biri alınmasa, onda əlavə vaxt qalacaq, həmin zaman 
fasiləsini doldurmaq üçün başqa fəaliyyət növünə ehtiyac olacaq. 
-Ev tapşırığı və növbəti planlaşdırma: ev tapşırığını səsləndirməyə kifayət qədər 
vaxt ayrıldığına əmin olmaq və növbəti dərsdə şagirdlərə lazımlı vəsaitləri 
xatırlatmaq vacibdir. Bu zaman şagirdlər özləri üçün qeydlər apara bilərlər. 


-Sinfin idarə olunması: Müəllim şagirdlərin adlarını qısa müddət ərzində 
öyrənməlidir. Şagirdlərin partalarda yerləşdirilməsi planının hazırlanması da 
təlimin səmərəliliyini yüksəldir. 
-Gündəlik fəaliyyətin təşkili: Gündəlik fəaliyyətin dəqiq planlaşdırılması, sinifdə 
qaydaların müəyyənləşdirilməsi, vəsaitlərin seçilməsi, şagirdlərin fəaliyyətinin 
tənzimlənməsi təlimin uğuruna böyük təsir göstərir. Müəllim dərsə başlamazdan 
əvvəl sinfə gəlməli, öyrənənləri qarşılamalı, salamlamalı, dərsin sonunda isə fənn 
kabinetini təhlükəsiz və nizamlı şəkildə tərk etmələrinə köməklik göstərməlidir. 
Təhlükə ehtimalının yüksək olduğu bəzi fənlərdə, məsələn, kimya, fizika, fiziki 
tərbiyə, hərbi hazırlıq və s. tədrisi zamanı təhlükəsizlik qaydalarının 
müəyyənləşdirilməsi, onlara riayət edilməsi qaydaları xüsusilə diqqət 
mərkəzində saxlanılmalıdır. 
25.Təlim məqsədlərinin müəyyənləşdirilməsinin vacibliyini əsaslandırın. 
Təlim prosesinin səmərəli təşkili üçün müəllim cari və illik planlaşdırmanı 
hazırlayarkən şagirdlərin fərdi tələbatlarını, maraq və meyillərini nəzərə almalı, 
həmçinin təlim strategiyalarını, üsul və iş formalarını, tapşırıqları, qrupların 
tərkibini, diferensiallaşdırmanı diqqət mərkəzində saxlamalıdır. Bunlar əsasən 
təlim nəticəsi və dəstəyin verilməsi ilə həyata keçirilir. Hər bir şagirdin marağının 
nəzərə alınması, şübhəsiz ki, müəllimdən vaxt tələb edir, lakin şagirdlərin təlim 
prosesin də fəal iştirak etməsi, dərsin maraqlı keçməsi məhz həmin amillərdən 
asılıdır. Şagirdyönümlü tapşırıqlar təlim nəticələrinin əldə olunmasına müsbət 
təsir göstərir. Fəaliyyətin şagirdyönümlü təşkili məktəblilərin müstəqilliyinə
öyrənmə bacarıqlarının, tənqidi və formalaşmasına və inkişafına əvəzsiz şərait 
yaradır.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin