Özünüqiymətləndirmə şagirdin
güclü və zəif cəhətləri, imkanları, problemləri
haqqında məlumatın toplanılmasına, təhlilinə yönəldilən
prosesdir Şagirdlər
özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmə vərdişlərinə malik olduqda
qiymətləndirmənin etibarlılıq və adekvatlığı ilə bağlı problem yaranmır.
Öyrənənlərə qiymətləndirmənin hiss və münasibət əsasında deyil,
meyarlar
əsasında həyata keçirildiyini izah etmək vacibdir.
Şagird üçün nailiyyətlərinin qiymətləndirilməsi aşağıdakı məsələləri əks
etdirməlidir:
qoyulmuş məqsədlər;
meyarlar;
mövcud səviyyə;
məqsədlə mövcud səviyyə arasındakı fərqin aradan qaldırılması yolları.
Səmərəli özünüqiymətləndirmə aşağıdakıları nəzərdə tutur:
şagirdə fəaliyyətinin necə qiymətləndirilməsi haqqında məlumat vermək;
tənqidi təfəkkürün inkişafı;
qərəzsizlik;
şagirdin diqqətinin öz məqsədlərində cəmləşdirilməsi.
Şagirdin özünü qiymətləndirməsi müəllimin qiymətləndirməsindən
əvvəl baş
tutmalıdır.
36.Əks-əlaqənin
şagirdlərin
motivasiyasına,
öyrənməsinə
təsirini
dəyərləndirin
Təlimdə əks-əlaqə müəllim və şagirdlər arasındakı ünsiyyətdir. Onun əsas
məqsədi
güclü cəhətləri qeyd etmək, gələcək inkişafın prioritetlərini
müəyyənləşdirmək və çatışmazlıqları aradan qaldırılmaq
üçün konstruktiv
məsləhətlər verməkdir. Əks-əlaqə şagirdin motivasiyasına və inkişafına zəmin
yaradır. Onun keyfiyyəti ümumi təlim prosesinin keyfiyyəti qədər önəmlidir. Əks-
əlaqə mütəmadi aparılmalı və məzmunca şagirdlər üçün aydın olmalıdır.
Səmərəli əks-əlaqə şagirdlərin nəyi və necə başa düşüb mənimsəmələri haqqında
məlumat verir, təkmilləşməyə kömək edən strategiyalar seçməyə yol göstərir.
Əks-əlaqə pozitiv olmalıdır. Lakin, şagirdlər işlərinin çatışmazlqları haqqında da
məlumatlandırılmalıdırlar.