Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Təşəkkül, formalaşma, sosiallaşma, özünütərbiyə, yenidəntərbiyə



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə40/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   36   37   38   39   40   41   42   43   ...   69
Pedaqogika imtahan cavabları

47.Təşəkkül, formalaşma, sosiallaşma, özünütərbiyə, yenidəntərbiyə 
anlayışlarını şərh edin 
Tərbiyə dedikdə, pedaqoji prosesdə həyata keçirilən müxtəlif növlü fəaliyyətlərin 
stimullaşdırılması və təşkili nəzərdə tutulur. Onlar şəxsiyyətə ictimai təcrübə əldə 
etmək imkanları verən sosial və mənəvi münasibətlərlə formalaşır. Tərbiyə 
təşəkkül, formalaşma, sosiallaşma kimi anlayışlarla əlaqəli olsa da, sadalanan 
terminlərin hər biri fərqli məzmun daşıyır. Sosiallaşma şəxsiyyətin müəyyən 


sosial şəraitdə formalaşması prosesidir. İnsan şəxsi davranış sisteminə elə 
norma və davranış qaydaları daxil etməlidir ki, cəmiyyətdə, yaxud sosial qrupda 
başqaları tərəfindən qəbul olunsun. 
Təşəkkül uşağın müəyyən inkişaf səviyyəsinə çatmasını əks etdirir. Hazırda 
şəxsiyyətin sona qədər formalaşması və ya bu prosesin donmuş şəkildə qalması 
fikrini irəli sürmək absurddur. Həyatın dinamikası və hadisələrin gedişi onu 
göstərir ki, hər bir hadisə, hətta söz insana ömrünün sonuna qədər təsir göstərə 
bilər.
Yaxşı təşkil olunmuş tərbiyə prosesi insanda özünütərbiyə bacarığının 
formalaşmasına zəmin yaradır. Uşaq inkişafa meyilliliklə dünyaya gəlir. Odur ki, 
insan 
inkişafının 
əsas 
mənəvi 
amili 
özünütərbiyə, 
özünütəhsil, 
özünütəkmilləşdirmədir. 
Özünütəhsil nəsillərin təcrübəsinin mənimsənilməsini nəzərdə tutan daxili 
təşkilolunma sistemidir. Özünütəlim insanın öz seçiminə və arzusuna görə keçmiş 
nəsillərin təcrübəsini qəbul etməsidir. Özünütərbiyə insanın qarşıya qoyulmuş 
məqsədlərə, 
yaranmış 
ideala 
və 
inama 
doğru 
şüurlu 
surətdə 
istiqamətlənməsidir. Öz potensial imkanlarını dəqiq qiymətləndirmək, 
davranışındakı çatışmazlıqları görə bilmək yetkin insanların işidir və onların daxili 
tərbiyəsinin formalaşmasının əsasını təşkil edir.
“Özünütərbiyə”, “özünütəhsil”, “özünütəlim” anlayışları insan aləminin daxili
mənəvi tərəfini təsvir edir, onun müstəqil inkişafetmə bacarığını göstərir. 
Özünütərbiyə özünüidarə prosesində həyata keçirilir. Özünütərbiyə metodlarına 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin