Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Qeyri-verbal ünsiyyət haqqında fikirlərinizi bildirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə37/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   33   34   35   36   37   38   39   40   ...   69
Pedaqogika imtahan cavabları

42.Qeyri-verbal ünsiyyət haqqında fikirlərinizi bildirin 
Ünsiyyət zamanı qeyri-verbal ünsiyyət dinləyiciyə sözlər qədər təsir göstərir. 
Müəllim-şagird ünsiyyəti, adətən, qeyri-verbal xarakter daşıyır. Qeyri-verbal 
ünsiyyət verbal ünsiyyəti ya dəstəkləyir, ya da yayındırır. Bu, hərəkət və sözlərin 
bir-birinə 
uyğunluğu 
ilə 
əlaqədardır. 
Məsələn, 
hansısa 
şagirdi 
rəğbətləndirirsinizsə, gülümsəyirsiniz, məmnunluq ifadə edirsiniz, danlayarkən 
sərt görünürsünüz, bu zaman hərəkətləriniz danışığınızla uyğunluq təşkil edir. 
Gülərkən kimisə danlayırsınızsa və ya əksinə proses baş verirsə, təzad yaranır, bu 
da çaşqınlıq və yalnış anlaşılmalara səbəb olur. Robertson qeyd edir ki, “qeyri-
verbal davranış mənanı təsdiqləmədikdə danışan şəxsin diqqətsizlik və 
laqeydliyini üzə çıxarır, fikri deyil, fikrin sahibini təqdim edir”. Qeyri-verbal 
ünsiyyət sözlər olmadan da böyük təsirə malikdir. Şagirdlərə bir qədər artıq 
baxmaq onların yanlış davranışlarına və ya səhv cavablarına işarədir. Adətən, bu, 
şagirdlərin diqqətini çəkmək üçün kifayətdir. Jestlərdən istifadə etmək mövzu və 
ya situasiya ilə bağlı fikirləri bildirməyi asanlaşdırır. Deməli, hərəkətlər sözlər 
qədər, bəlkə də daha güclü təsirə malikdir. Qeyri-verbal ünsiyyət pedaqoji 


münasibətlərin tənzimlənməsi baxımından böyük önəm kəsb edir. Səmərəli 
ünsiyyət prosesi həm məzmunundan, həm də necə təqdim olunmasından 
asılıdır.
43.Müəllimin özünütəqdimat bacarığının mahiyyətini üzə çıxarın 
Təqdimatın düzgün formalarından danışmaq müəyyən ziddiyyətlər yarada bilər, 
çünki onun şablon forması yoxdur. Təqdimat müəllimin şəxsi keyfiyyətlərinin də 
daxil olduğu fərdi danışıq tərzidir. Müəyyən qayda və gözləntilər olsa da, hər 
pedaqoq fərdi xüsusiyyətlərinin yer aldığı təqdimat etməyi bacarmalıdır. İlk 
təəssürat, müəllimin birinci təqdimat forması uzun müddət öyrənmə prosesinə 
təsir göstərir. Belə hallarda pedaqoqun zahiri görkəmi böyük rol oynayır. 
Şagirdlər görünüşünə fikir verən, zövqlə və səliqəli geyinən müəllimləri çox 
yüksək dəyərləndirir, bütün pedaqoji heyətin geyimlərinin təmiz, səliqəli 
olmasına fikir verir. Bəzi müəllimlər xüsusi geyimlərdən istifadə etməlidirlər, 
məsələn bədən tərbiyəsi dərsində idman kostyumu geyinilməlidir, tarix 
müəlliminin isə belə formada dərsə gəlməsi şagirdlər tərəfindən normal qəbul 
edilməyəcək. Deməli, geyim tərzi müəllimin özünütəqdimatında əhəmiyyətli 
məsələdir və peşəkar pedaqoq buna hər zaman diqqət yetirməlidir. Həmçinin 
şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaq, səmimi davranmaq, səmərəli 
ünsiyyət qurmaq, pedaqoji münasibətlərə xələl gətirən hallardan yayınmaq 
pedaqoqun əsas xüsusiyyətlərindəndir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin