Valideyn-övlad əlaqələrinin düzgün qurulmasında əsas tövsiyə: tanımaq üçün
dinləmək. Valideynin övladı ilə səmərəli ünsiyyəti onun dinləmək, uşağın hiss və
fikirlərini dəyərləndirmək bacarığından asılıdr. Tanımaq, öyrənmək o deməkdir
ki, uşaq danışan zaman valideyn öz fikrini səsləndirmir. Valideynin ilk reaksiyası
uşağın dediyini dəyərləndirmək olmalıdır. Bundan sonra iş fikir bildirmək tövsiyə
olunur Adi dinləmə ilə öyrənmək üçün dinləməyin fərqi böyükdür. Uşaq
fikirlərinin qəbul edilməsini istəyir. Valideyn övladını dinləyərkən səbrli olmalı,
uşaq fikrini sona çatdırmadan ona müdaxilə etməməlidir. Diqqətlə dinləyən
valideyn övladının hiss və fikirlərini qəbul etdiyini göstərir. Bununla yanaşı, o,
dinləmə problemi olan yeniyetməyə yaxşı nümunə ola bilər. Uşaqlarla ünsiyyət
və qarşılıqlı anlaşma qurmaq üçün dinləmək bacarığı mütləqdir.
Uşaqlara göstərilən hörmət onlarda məsuliyyət hissi formalaşdırır. Bu,
yeniyetmələrlə davranışda, ailədaxili problemlərdə, stress keçirilən dönəmdə
xüsusilə
böyük
əhəmiyyət
daşıyır.
Uşaqda
məsuliyyət
hissinin
formalaşdırılmasının ən doğru yollarından biri valideynin də məsuliyyət nümayiş
etməsidir. Bu, mürəkkəb, lakin çoxlu üstünlüklərə malik metoddur, çünki
valideyn ən yaxşı nümunə ola bilər. Məsuliyyətli uşaqlar özlərinə güvənməkdən
məmnunluq hissi duyurlar. Valideyn “mən sənin əziyyətini çəkməliyəm, çünki
mən olmasam, sən bunu bacarmazsan” deyəndə uşaq razılaşır və bu zaman onun
özünüqiymətləndirməsi sual altında qalır. Lakin “lazım olsa mən sənin
yanındayam, amma əminəm ki, sən özün də bacaracaqsan” deyəndə uşaq
müstəqil davranışa öyrənir və bununla da onun məsuliyyəti artır.
Dostları ilə paylaş: