Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Summativ qiymətləndirmə kiçik summativ, böyük summativ və yekun



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə34/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   30   31   32   33   34   35   36   37   ...   69
Pedaqogika imtahan cavabları

Summativ qiymətləndirmə kiçik summativ, böyük summativ və yekun 
qiymətləndirmədən ibarətdir. 
Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən 
mərhələlərə yekun vurmaqla, qiymətləndirmə standartlarına əsasən hazırlanmış 
vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək üçün aparılır. Yekun 
qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə 
etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və 
bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun 
qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin tətbiqetmə bacarığının hansı 
səviyyədə olduğunu müəyyənləşdirməkdir. 
Summativ qiymətləndirmə keçirilərkən müəllim aşağıdakı vəzifələri yerinə 
yetirməlidir: 
Yekun işlərin yoxlanılması;
Nəticəsinin təhlili; 
Aparılan təhlil əsasında şagirdlərlə əks-əlaqənin yaradılması; 
Lazım olduqda fəaliyyətinin yenidən nəzərdən keçirilməsi və təlim 
strategiyalarına düzəlişlərin edilməsi. 


38.Portfolio haqqında fikirlərinizi bildirin 
Portfolio-şagird işlərinin məqsədyönlü şəkildə toplanılmasıdır. Portfolio təlim 
prosesində şagirdin sayını, inkişafını, bir və ya bir neçə fənn üzrə nailiyyətlərini 
göstərir. 
Əsas məqamlar: 
Materialın məzmun seçimində şagirdin iştirakı; 
Materialın düşünülmüş meyarlar əsasında seçimi; 
Qiymətləndirmənin düşünülmüş meyarları; 
Şagirdin refleksiv-analiktik təfəkkürünün göstəricisi. 
Portfolionun istifadə məqsədləri:
Məqsədyönlü təlimi həvəsləndirmək; 
Öyrənilən mövzu, material haqqında təsəvvürü genişləndirmək 
Öyrənmǝk bacarığını inkişaf etdirmək; 
Planlaşdırılmış nəticələrin əldə edilməsində inkişafı nümayiş etdirmək 
Şagirdlərin özünüqiymətləndirməsinə imkan vermək; 
Şagirdlərə qarşılıqlı dəstək və inkişaf üçün şərait yaratmaq. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin