Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Şagirdlərin özünüqiymətləndirməsinə dair mülahizələr yürüdün



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə32/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   28   29   30   31   32   33   34   35   ...   69
Pedaqogika imtahan cavabları

35.Şagirdlərin özünüqiymətləndirməsinə dair mülahizələr yürüdün. 
Şagirdin qiymətləndirmə prosesinə qatılması ona müəllimin bərabərhüquqlu 
partnyoru olmağa və öz təliminə görə məsuliyyət daşımağa şərait yaradır. Bəzi 
hallarda təlimin qrup formasından istifadə edərək şagirdə imkan verilməlidir ki, 
məktəbli öz təlim nailiyyətlərini qiymətləndirə bilsin. Bunun üçün, 
özünüqiymətləndirmə forması hazırlanır və qrup işinin sonunda şagirdə müstəqil 
doldurmaq üçün təklif edilir. 


Özünüqiymətləndirmə şagirdin güclü və zəif cəhətləri, imkanları, problemləri 
haqqında məlumatın toplanılmasına, təhlilinə yönəldilən prosesdir Şagirdlər 
özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmə vərdişlərinə malik olduqda 
qiymətləndirmənin etibarlılıq və adekvatlığı ilə bağlı problem yaranmır. 
Öyrənənlərə qiymətləndirmənin hiss və münasibət əsasında deyil, meyarlar 
əsasında həyata keçirildiyini izah etmək vacibdir. 
Şagird üçün nailiyyətlərinin qiymətləndirilməsi aşağıdakı məsələləri əks 
etdirməlidir: 
qoyulmuş məqsədlər; 
meyarlar; 
mövcud səviyyə; 
məqsədlə mövcud səviyyə arasındakı fərqin aradan qaldırılması yolları. 
Səmərəli özünüqiymətləndirmə aşağıdakıları nəzərdə tutur: 
şagirdə fəaliyyətinin necə qiymətləndirilməsi haqqında məlumat vermək; 
tənqidi təfəkkürün inkişafı; 
qərəzsizlik; 
şagirdin diqqətinin öz məqsədlərində cəmləşdirilməsi. 
Şagirdin özünü qiymətləndirməsi müəllimin qiymətləndirməsindən əvvəl baş 
tutmalıdır. 
36.Əks-əlaqənin 
şagirdlərin 
motivasiyasına, 
öyrənməsinə 
təsirini 
dəyərləndirin 
Təlimdə əks-əlaqə müəllim və şagirdlər arasındakı ünsiyyətdir. Onun əsas 
məqsədi güclü cəhətləri qeyd etmək, gələcək inkişafın prioritetlərini 
müəyyənləşdirmək və çatışmazlıqları aradan qaldırılmaq üçün konstruktiv 
məsləhətlər verməkdir. Əks-əlaqə şagirdin motivasiyasına və inkişafına zəmin 
yaradır. Onun keyfiyyəti ümumi təlim prosesinin keyfiyyəti qədər önəmlidir. Əks-
əlaqə mütəmadi aparılmalı və məzmunca şagirdlər üçün aydın olmalıdır. 
Səmərəli əks-əlaqə şagirdlərin nəyi və necə başa düşüb mənimsəmələri haqqında 
məlumat verir, təkmilləşməyə kömək edən strategiyalar seçməyə yol göstərir. 
Əks-əlaqə pozitiv olmalıdır. Lakin, şagirdlər işlərinin çatışmazlqları haqqında da 
məlumatlandırılmalıdırlar. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin