Milli qiymətləndirmənin məqsədləri. Milli qiymətləndirmə
şagirdlərin zəif və
güclü cəhətlərini üzə çıxarmaq, ümumi mənimsəmə səviyyəsini və onun
dinamikasını müəyyənləşdirmək, şagirdlərin təlim nəticələrinə təsir edən amilləri
təsvir etmək, təhsil
siyasətini müəyyənləşdirmək, məqsədi ilə Təhsil Nazirliyi
tərəfindən həyata keçirilir.
Beynəlxalq qiymətləndirmə. Azərbaycan artıq bir neçə ildir ki, Təhsil İslahatları
proqramı çərçivəsində Beynəlxalq qiymətləndirmə üzrə bir sıra proqramlarda
iştirak edir.
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilmə si və
qiymətləndirilməsi
üçün təşkil olunur, tədqiqatlar,
monitorinqlər vasitəsilə
aparılır, ölkədə təhsilin vəziyyətini müəyyənləşdirir və əldə olunan nəticələr
xarici ölkələrlə müqayisə olunur. Üç ildən bir həyata keçirilir. Qiymətləndirmədə
iştirak edən ölkələrin şagirdlərinin əldə etdikləri nəticələr müqayisə edilir, onlar
arasında mövcud fərqlər təhlil olunur.
Beynəlxalq qiymətləndirmənin əsas məqsədləri. Beynəlxalq qiymətləndirmə
ölkədə təhsilin vəziyyəti haqqında məlumatın toplanılması, əldə edilən
nəticələrin digər ölkələrin nəticələri ilə müqayisəsi, təhsildə aktual problemlərin
üzə çıxarılması məqsədi daşıyır. O, beynəlxalq standartlara əsaslanır, bir ölkənin
vətəndaşına digər ölkələrdə təhsil almaq imkanı yaradır.
Məktəbdaxili qiymətləndirmə adından bəlli olduğu kimi məktəbdə həyata
keçirilir. Səmərəli qiymətləndirmənin təmin edilməsi
üzrə fəaliyyətlərini
planlaşdırmaq üçün müəllimlər həm qiymətləndirmənin ümumi məqsədi, həm
də növlərinin ayrı-ayrılıqda məqsəd, məzmun və prosedurları haqqında
mükəmməl biliklərə malik olmalıdırlar.
Dostları ilə paylaş: