Ədalətlilik. Qiymətləndirmə meyarlarının mükəmməl işlənilməsi.
Meyarlar
qiymətləndirmənin və qiymətin şagirdə təzyiq vasitəsi kimi istifadə olunma
təhlükəsinin qarşısını alır.
Uyğunluq. Bilik, bacarıq, vərdiş və səriştələrin qiymətləndirilməsinin
təlimin
məqsəd və nəticələrinə uyğun olub-olmamasının daim nəzərdə saxlanılması.
Əlaqəlilik. Qiymətləndirmənin təlim prosesinin qabaqcadan planlaşdırılmış və
mükəmməl düşünülmüş tərkib hissəsi kimi həyata keçirilməsi.
Aşkarlıq. Şagirdlərə tapşırığın yerinə yetirilməsindən əvvəl qiymətləndirmənin
meyar və metodları haqqında məlumatın verilməsi. Şagirdlərin qiymətləndirmə
meyarlarının hazırlanmasına cəlb olunması da istisna deyil.
Xeyirxahlıq. Müəllimlə şagird arasında partnyor
münasibətləri üçün şəraitin
yaradılması.
Əlverişlilik. Qiymətləndirmənin forma, metod və məqsədlərinin təlim prosesinin
bütün iştirakçıları üçün aydın və sadə formada tətbiq olunması.
Ardıcıllıq. Qiymətləndirmə prosesinin ardıcıl və sistematik şəkildə həyata
keçirilməsi.
30.Qiymətləndirmənin istiqamətlərini qarşılaşdırın.
Qiymətləndirmənin istiqamətləri ayrı-ayrı forma,
məzmun və məqsədə malik
qiymətləndirmələri nəzərdə tutur.
Azərbaycanda qiymətləndirmə üç istiqamət
üzrə aparılır:
Beynəlxalq qiymətləndirmə;
Milli qiymətləndirmə;
Məktəbdaxili qiymətləndirmə.
Dostları ilə paylaş: