Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


B.Blumun İdrak taksonomiyası, D.Krasvohlun Emosional-affektiv, R.Deyv



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   20   21   22   23   24   25   26   27   ...   69
Pedaqogika imtahan cavabları

26.B.Blumun İdrak taksonomiyası, D.Krasvohlun Emosional-affektiv, R.Deyv 
və K.Murun psixomotor taksonomiyalarını tutuşdurun. 
Çikaqo Universitetinin professoru Benjamin Blum 1956-ci ildə “Təlim 
məqsədlərinin Taksonomiyası” adlı nəzəriyyəni irəli sürmüşdür. “Taksonomiya” 
termin olaraq biologiyadan götürülmüşdür. O, qarşılıqlı əlaqədə olan obyektlərin 
təsnifatını, sistemləşdirilməsini bildirir və ardıcıllıqla yerləşmiş artan mürəkkəblik 
meyarlarından istifadəyə əsaslanır. Blum təlim məqsədlərinin altı səviyyəsini 
müəyyən etmişdir. Bu səviyyələr öyrənənlərdə yüksək səviyyəli bacarıqların üzə 
çıxarılmasına xidmət edir. Taksonomiya beynəlxalq miqyaslı anlayışdır və talimdə 


diferensiallaşmanın uyğunlaşmanın aparılmasına münbit şərait yaradır. B.Blum 
vǝ onun nəzəriyyəsini dəstəkləyən digər alimlər təlimi üç müxtəlif sahəyə 
ayırmışlar: koqnitiv (idraki, düşünmə bacarıqlan), affektiv (münasibət) və 
psixomotor (koordinasiya-hərəki bacarıqlar).
Koqnitiv sahə şagirdin intellektual inkişafı və düşünmə bacarıqları ilə əlaqəlidir. 
Burada aşağı düşüncə tərzi, aşağı səviyyəli bacarıqlardan, yəni fakt və prinsiplər 
haqqında ümumi məlumata malik olmaqdan, problem həlli, struktur 
formalaşdırma, yeni məhsulun yaradılması, problemi həlletmə kimi yüksək 
səviyyəli bacarıqlara doğru inkişaf gedir.
Emosional-affektiv sahə 1964-cü ildə Krasvohl, Blum və Masia tərəfindən təqdim 
edilmişdir. O, şagird inkişafının mövqe, münasibət, dəyər, emosiya, davranışı ilə 
əlaqəlidir. Emosional-affektiv sahəməlumatlılıq, maraq, diqqət, qayğı və 
məsuliyyətə əsaslanan davranışa aiddir. 
Psixomotor sahə şagirdlərin təlim prosesində motor və təcrübi bacarıqlarına 
əsaslanır. Burada öyrənənlər kiçik və böyük motorikaya dair hərəkətlər nümayiş 
etdirir: rəqs, idman hərəkətləri və s. Blum kifayət qədər təcrübəsi olmadığından 
bu sahəni araşdırmamışdır. Lakin Deyv və Kennes Mur psixomotor 
taksonomiyanı işləyib hazırlamışlar. Hər iki taksonomiyada hərəki fəaliyyətin 
sadədən mürəkkəbə doğru inkişafı prinsipi qorunmuşdur. Hər iki taksonomiya 
təqribən eyni inkişaf dinamikasını, oxşar səviyyələri əhatə edir. Öyrənənlərin 
inkişaf nümunəsində onların hərəkətləri yamsılamadan mexaniki hərəkətlərə 
kimi müşahidə olunur. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin