Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Prosesi reallaşdırmaq üçün nə qədər vaxtınız var?



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   16   17   18   19   20   21   22   23   ...   69
Pedaqogika imtahan cavabları

Prosesi reallaşdırmaq üçün nə qədər vaxtınız var? Mövzunun 
mənimsədilməsinə ayrılan dərs saatları sinfin səviyyəsinə uyğun 
müəyyənləşdirilməlidir. Ev tapşırığı öyrənməni inkişaf etdirməkdə böyük rol 
oynadığı üçün xüsusi seçilməli, həmçinin qiymətləndirmə, təkrar, xüsusi 
tədbirlər, bayramlar və s. məsələlər də nəzərə alınmalıdır. 
Hansı mənbələrdən istifadə edəcəksiniz? Təlim prosesində istifadə olunan 
resursları məktəbin kitabxanasından, internetdən və digər müəllimlərdən 
əldə edə və ya özünüz hazırlaya bilərsiniz. 
Fəaliyyət necə qiymətləndiriləcək? Təlim, tədris və qiymətləndirmə qarşılıqlı 
əlaqədə həyata keçən proseslərdir. Şagirdlərlə görülən işin böyük hissəsi 
müəllim tərəfindən, digəri isə kənardan qiymətləndirilir. Adətən, 
məktəblilərin təlim prosesində irəliləyişlərini izləmək üçün “təlim üçün 
qiymətləndirmə” adlandırılan formativ qiymətləndirmədən istifadə olunur. 
Tədris vahidi, və ilin sonunda şagirdlərin əldə etdikləri nailiyyət-summativ 
qiymətləndirmə ilə ölçülür. 
Şagirdlərin müxtəlif fənlər üzrə fəaliyyətləri arasında əlaqə, uyğunluq 
varmı? Şagirdlərin öyrənmə prosesini digər fənn müəllimləri ilə müzakirə 
etmək olduqca faydalıdır, çünki fənlər arasında inteqrasiya mövcuddur.
Növbəti mərhələdə təlim məqsədləri necə seçilməlidir? Şagirdin təlim 
prosesində inkişafı planlaşdırılmalıdır, məhz bundan sonra növbəti 
mərhələləri reallaşdırmaq olar. 


22.Gündəlik (cari) planlaşdırmanın mahiyyətini açıqlayın. 
Təlimin planlaşdırılması müəyyən tədris vahidi çərçivəsində dərsin sxeminin 
hazırlanması deməkdir. Prosesin təşkilində hər xırda element də nəzərə 
alınmalıdır. Dərsi planlaşdırarkən aşağıdakı suallar nəzərə alınmalıdır: 
1. Şagirdlər mövzu haqqında nə bilirlər?
2. Şagirdlər nəyi bacarırlar? 
3. Dərsin məqsədi, gözlənilən təlim nəticələri hansılardır? 
4. Dərsə nə qədər vaxt verilir? 
5. Hansı təlim materialları, resurslar vardır? 
6. Dərsin idarə olunmasında hansı yanaşmalardan istifadə olunmalıdır? 
7. Hansı təlim strategiyaları tətbiq ediləcək? 
8. Şagirdlərin öyrənmə prosesi necə qiymətləndiriləcək? 
9. Dərs prosesində hansı çətinliklər yarana bilər? 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin