Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Həmin elementlərə aşağıdakılar aiddir



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə18/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   14   15   16   17   18   19   20   21   ...   69
Pedaqogika imtahan cavabları

Həmin elementlərə aşağıdakılar aiddir: 
-Şagirdlərin inkişafını təmin etmək məqsədi ilə dərslərin ardıcıl şəkildə 
planlaşdırılması; 
-Əvvəlki dərsin təhlili və onun qiymətləndirilməsi;
-Dərsin planlaşdırılması və ona hazırlıq; 
-Qabaqcadan planlaşdırılan dərsin uğurla həyata keçməsi üçün fəaliyyətin təşkili; 
-Şagirdlərin dərsə marağını cəlb edən, onların diqqətinin davamlılığını təmin 
edən, müxtəlif kompetensiyaların əsasını formalaşdıran müəllim şəxsiyyətinə 
dair xüsusiyyətlərin bir daha nəzərdən keçirilməsi. 
20.Öyrətməyin planlaşdırılması haqqında fikirlərinizi bildirin. 
Keyfiyyətli təlim səmərəli planlaşdırılmış dərsin nəticəsidir. Düzgün 
planlaşdırılmış dərs hazırlamaq üçün bəzi faktorlar nəzərə alınmalıdır: şagirdlərin 
bilik, öyrənmə üsulları, tədris proqramının tələbləri, onların ehtiyaclarına uyğun 
müvafiq təlim metodları və mövcud resursların seçimi. Planlaşdırmanın iki növü 


mövcuddur: illik və gündəlik planlaşdırma. Müəllim tədris vahidlərinin də 
planlaşdırmasını təşkil edə bilər. Səmərəli planlaşdırmanı qurmaq üçün təcrübə 
lazımdır. 
Məktəb fəaliyyəti dövründə dərs və tədris vahidlərinin planlaşdırılması 
təcrübənin formalaşmasına müsbət təsir göstərir. Qiymətləndirmə planlaşdırma 
və təlimlə sıx əlaqəlidir, biri digərinin mövcudluğuna zamin yaradır.
Dərslərin məzmunu 
XXI əsrdə əmək fəaliyyətinə başlayan, iş dünyasına daxil olan gənc üçün gərəkli 
bilik, bacarıq, anlama və yanaşmalar 15 il əvvəl tələb olunanlardan çox fərqlidir. 
Məhz bu səbəbdən müəllimin nəyi və necə tədris etməsi, həmçinin təlim 
proqramları mütəmadi dəyişməli, daim nəzarət altında saxlanılmalıdır. Dərsi 
planlaşdırmadan 
əvvəl 
qısa 
vaxtda 
təlim 
nəticələrinin 
sxemini 
müəyyənləşdirmək lazımdır. Həmçinin qanunvericilik, proqramlar və onların 
terminologiyası ilə tanışlıq vacibdir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin