diferensiallaşmadır.
Prosesin təşkili zamanı aşağıda qeyd olunanlara diqqət
yetirilməlidir:
-Şagirdlərin tapşırığı necə başa düşmələrini yoxlamaq
-Müzakirəni dinləmək, ehtiyac olduqda istiqamətləndirmək, suallar vermək
-Şagirdlərə yarana biləcək problemlərlə bağlı təlimat
vərəqləri və köməkçi
vasitələr vermək, mövzunu sadə dildə izah etmək
-Şagirdlərin dəftər və qeydlərini yoxlamaq;
-Şagirdlərin işlərini qiymətləndirmək;
-Şagirdləri həvəsləndirmək;
-İnkişaf üçün real hədəflər müəyyənləşdirmək;
Diferensiallaşdırılmış tapşırıqların hazırlanması üçün müəllim şagirdlərini
hərtərəfli tanımalıdır. Tapşırıqlar çətin, lakin həll edilməsi mümkün olmalıdır.
Tapşırıqların diferensiallaşma aspektləri:
-Tapşırıqların yaradıcı xarakter daşıması
-Tapşırıqlar üçün açıq tipli suallardan istifadə;
-Şagirdlərin bu növ tapşırıqlarla tanışlıq dərəcəsi.
-Şagirdlərin mənbə və resurslarla tanışlıq dərəcəsi;
-Şagirdlərə təqdim olunan məlumatın miqdarı;
-Təqdim olunan tapşırığın dil səviyyəsi;
17.Nəticələrə görə diferensiallaşmanın mahiyyətini açıqlayın.
Şagirdlərin əldə etdikləri təlim nəticələrinin fərqli olması
onlara verilən
dəstəkdən, göstərilən köməkdən, tapşırığın hazırlanması
və yerinə yetirilməsi
prosesindən asılıdır. Əlavə tapşırığın hansı səviyyədə icrası, necə yerinə
yetirilməsi və uğurlu olması qiymətləndirmə meyarları
vasitəsi ilə
müəyyənləşdirilə bilər.
Meyarların seçimində aşağıda qeyd olunanlar nəzərə
alınmalıdır:
-Problemin müxtəlif aspektləri daxil olmalı;
-Tapşırığın yerinə yetirilməsi üçün müvafiq metodun seçilməsi;
-Planlaşdırma zamanı müxtəlif çətinlik səviyyəsi olan tapşırıqların hazırlanması və
fərqli fəaliyyət növlərindən istifadə;
-Riyazi çalışmalarda məlumatın qeydə alınmasında mükəmməllik, tamlıq və
dəqiqlik;
-Fəaliyyəti, işi müzakirə etmək üçün müvafiq ideya və nəzəriyyələrdən istifadə;
-Fəaliyyətin, tapşırığın nəticələrinin dəqiq və anlaşıqlı olması;
-Şagirdlərin tədricən öz fikirlərini mürəkkəb formada ifadə etmək bacarığı;
-Təsəvvür və ideyalardan istifadə;
-Müvafiq diaqram, səhnəcik və şəkillərin seçimi;
-Tapşırığın yerinə yetirilməsi üçün texnologiyalarından düzgün istifadə;
-Problemin həllinə dair maneələri müəyyən etmək və onları aradan qaldırma
yollarını bilmək.
Qiymətləndirmə meyarlarının düzgün seçimi fəaliyyətin diferensiallaşmasına
imkan yaradacaq.
Dostları ilə paylaş: