Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Diferensiallaşma strategiyaları haqqında fikirlərinizi bildirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə15/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   11   12   13   14   15   16   17   18   ...   69
Pedaqogika imtahan cavabları

15.Diferensiallaşma strategiyaları haqqında fikirlərinizi bildirin 
İstənilən tapşırığın uğurla nəticələnməsi hansı üsulla təqdim olunmasından və 
şagirdlərin onu necə yerinə yetirməsindən asılıdır. Təlim metodları insanın 


düşüncə tərzinə görə məhdudlaşır. Adətən, təlim nəticələrini əldə etmək üçün 
şagirdlərə müəyyən tapşırığı müxtəlif formalarda təklif etməkdən daha çox yalnız 
bir yolla təqdim etməyə üstünlük verilir. Öyrənmə prosesi yaddasaxlama 
metodlarından asılıdır: hər hansı elm sahəsində elementlərin simvollarının, dil 
dərslərində yeni sözlərin öyrənilməsi, riyaziyyatda düstur və cədvəllərin 
yaddaşda saxlanılması və s. Bu kimi proseslər bir o qədər maraqlı olmasa da, 
vacibdir. Əgər şagirdlərin məlumatı yadda saxlamasını, əldə olunan biliklərdən 
istifadəsini, yəni onların tətbiqini istəyiriksə, onda mövcud səviyyələrini 
yüksəltməli, biliklərini möhkəmlətməli və dərk etmələrini gücləndirməliyik. Bu, 
müxtəlif mövzular daxil olmaqla, şagirdlərin maraq, meyil və tələbatlarına uyğun 
mövzuların seçiminə geniş imkan yaradır, həvəsləndirmə tapşırıqları vasitəsi ilə 
diferensiallaşmanı təmin edir. Məsələn, şagirdlərin durğu işarələri barədə 
biliklərini möhkəmləndirmək üçün: 
-Şagirdlərə durğu işarələrinin çıxarıldığı mətnə düzgün durğu işarələrinin 
yerləşdirilmələsini tapşırın. 
-1-ci bənddəki tapşırığı oxşar şəkildə müsahibə hesabatı mətni üzərində tətbiq 
edin. 
-1 və 2-ci bənddəki tapşırıqlara bənzər tapşırıq yerinə yetirin, lakin öncə mətnləri 
şagirdlərlə birlikdə oxuyun. 
-İstənilən müsahibənin audio yazısını şagirdlərlə birlikdə dinləyin, daha sonra 
müsahibə haqqında dəqiq nümunələrdən istifadə edərək hesabat yazmağı 
tapşırın. 
-Şagirdlərə sinif yoldaşları və müəllimlərlə müəyyən mövzu da müsahibə 
aparmaları və müsahibənin qeydləri əsasında hesabat yazmalarını tapşırın. 
-Şagirdlərə tamaşa üçün səhnəcik ssenarisi hazırlamaq tapşırığını verin. 
Beləliklə, müxtəlif həvəsləndirici üsullardan istifadə edərək şagirdlərin durğu 
işarələri barədə bilikləri möhkəmləndirilir. Lakin əldə olunan nəticə tapşırığın 
çətinliyi və şagirdlərin bacarıqlarından asılı olaraq dəyişir. Bu, diferensiallaşma və 
inkişafdır. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin