-
Sinfin idarə olunması: Müəllim şagirdlərin adlarını qısa müddət ərzində
öyrənməlidir. Şagirdlərin partalarda yerləşdirilməsi planının hazırlanması da
təlimin səmərəliliyini yüksəldir.
-
Gündəlik fəaliyyətin təşkili: Gündəlik fəaliyyətin dəqiq planlaşdırılması, sinifdə
qaydaların müəyyənləşdirilməsi, vəsaitlərin seçilməsi, şagirdlərin fəaliyyətinin
tənzimlənməsi təlimin uğuruna böyük təsir göstərir. Müəllim dərsə başlamazdan
əvvəl sinfə gəlməli, öyrənənləri qarşılamalı, salamlamalı, dərsin sonunda isə fənn
kabinetini təhlükəsiz və nizamlı şəkildə tərk etmələrinə köməklik göstərməlidir.
Təhlükə ehtimalının yüksək olduğu bəzi fənlərdə, məsələn, kimya, fizika, fiziki
tərbiyə, hərbi hazırlıq və s. tədrisi zamanı təhlükəsizlik qaydalarının
müəyyənləşdirilməsi, onlara riayət edilməsi qaydaları xüsusilə diqqət
mərkəzində saxlanılmalıdır.
25.Təlim məqsədlərinin müəyyənləşdirilməsinin vacibliyini əsaslandırın.
Təlim prosesinin səmərəli təşkili üçün müəllim cari və illik planlaşdırmanı
hazırlayarkən şagirdlərin fərdi tələbatlarını, maraq və meyillərini nəzərə almalı,
həmçinin təlim strategiyalarını, üsul və iş formalarını, tapşırıqları, qrupların
tərkibini, diferensiallaşdırmanı diqqət mərkəzində saxlamalıdır. Bunlar əsasən
təlim nəticəsi və dəstəyin verilməsi ilə həyata keçirilir. Hər bir şagirdin marağının
nəzərə alınması, şübhəsiz ki, müəllimdən vaxt tələb edir, lakin şagirdlərin təlim
prosesin də fəal iştirak etməsi, dərsin maraqlı keçməsi məhz həmin amillərdən
asılıdır. Şagirdyönümlü tapşırıqlar təlim nəticələrinin əldə olunmasına müsbət
təsir göstərir. Fəaliyyətin şagirdyönümlü təşkili məktəblilərin müstəqilliyinə,
öyrənmə bacarıqlarının, tənqidi və formalaşmasına və inkişafına əvəzsiz şərait
yaradır.
Dostları ilə paylaş: