dərin anlama üçün verilmiş qərarların səbəbinin müzakirəsini aparmaq imkanı
yaranacaq. Müşahidə tədqiqatın əsas mərhələsidir, nəyin hansı
səbəbdən baş
verdiyini, necə təsir göstərəcəyini öyrənmək məqsədi daşıyan, passiv olmayan
bir fəaliyyətdir. Dərsləri müşahidə edərkən əvvəlcə şagirdlərin bir-biri və
müəllimlə necə ünsiyyət qurduqları, öyrənmə prosesinə necə daxil olduqları və
s. məsələlərlə bağlı məlumat toplamaq vacibdir. Bunlar müəllim kimi inkişafınıza
çox kömək göstərəcək. Lakin müşahidələri müəllim
və onun təlim metodunu
təkrarlamaq məqsədilə aparılmamalıdır. Hər bir müəllim, o cümlədən hər şagird
fərqlidir, spesifik xüsusiyyətlərə malikdir və hər bir müəllimin siniflə
təkrarolunmaz fərqli bir münasibəti vardır. Eyni üsulun təkrarı uğursuzluqla
nəticələnə bilər. Dərsin bir sıra aspektlərinin müşahidə
obyekti kimi seçilməsi
mümkündür: öyrənmə mühiti, dərsin istənilən xüsusiyyətləri, dəyərlər və s.
Müəllimlər müvafiq qaydaların tətbiqini
elə şəkildə tənzimləməlidir ki, yeri
gəldikcə, bir işarə və ya jestlə həmin qaydanı şagirdlərə xatırlatsın, istənilən
xoşagəlməz davranışın qarşısı alınsın. Məsələn, şagirdlər dərs vaxtı bir-biri ilə
danışarsa, pedaqoq üzünün ifadəsi və ya qaşını qaldırması
ilə bunun
yolverilməzliyini xatırladır. Gənc müəllim müşahidə etdiyi dərsdə şagirdlərin
nəyi, necə öyrəndiyini araşdırmaq, müəllimin gündəlik metod və strategiyalarını
izləmək olduqca faydalıdır.
Dostları ilə paylaş: