Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Məktəbdaxili qiymətləndirmə üç növə bölünür



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə29/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   25   26   27   28   29   30   31   32   ...   69
Pedaqogika imtahan cavabları

Məktəbdaxili qiymətləndirmə üç növə bölünür:
Diaqnostik qiymətləndirmə;
Formativ qiymətləndirmə; 
Summativ. 
31.İlkin (diaqnostik) qiymətləndirmənin mahiyyətini açıqlayın. 
Diaqnostik qiymətləndirmə şagirdlərdə formalaşmış bilik, bacarıq, vərdiş və 
səriştələrin ilkin səviyyəsinin müəyyənləşdirilməsidir. Düzgün təşkil olunmuş 
diaqnostik qiymətləndirmə şagirdlərə öyrənilmiş materialın təkrarında vaxt 


itkisinə, öyrənənlər üçün aydın olmayan və başa düşülməyən məsələlərin 
qalmasına imkan vermir. İlkin səviyyənin qiymətləndirməsi üçün suallar elə tərtib 
olunmalıdır ki, onlar şagirdin hansı biliklərə malik olduğunu ortaya çıxarda bilsin.
Diaqnostik qiymətləndirmənin məqsədi- şagirdlərin təlim məqsədllərinə dair 
harada olmaları, yəni proqram üzrə mövzunun, tədris vahidinin əvvəlində hansı 
bilik və bacarıqlara malik olmaları haqqında məlumatların əldə edilməsidir. 
Diaqnostik qiymətləndirmə müəllimə şagirdlərin tələbatlarına cavab verə biləcək 
tədris planında dəyişikliklər etməyə imkan verir, yaxud proqnozlaşdırmağa və 
gələcəkdə təlimdə yarana bilən çətinlikləri aradan qaldırmağa, şəraitə görə təlim 
məqsədləri və strategiyalarda çevik dəyişikliklər aparmağa imkan yaradır, 
şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit, onların mənəvi-psixoloji 
durumu haqqında məlumat almağa kömək edir. 
İlk mərhələdə diaqnostik qiymətləndirmə fənn üzrə təlim səviyyəsinin, yəni, 
şagirdin kursun, mövzunun öyrənilməsinə başlamazdan əvvəl malik olduğu bilik, 
bacarıq, vərdiş və səriştənin formalaşma səviyyəsinin ilkin təhlilidir. Bu iş 
müəllimə yeni materialın öyrənilməsində hansı hissədə problemin yarana 
biləcəyi haqqında məlumat əldə etməyə və onların aradan qaldırılması üçün 
addımlar planlaşdırmağa köməklik göstərir. Müəllim diaqnostik qiymətləndirmə 
vasitəsilə siniflə yeni fəaliyyətə başladığı dövrdə şagirdlərin mənəvi-psixoloji 
durumunu, onların davranışları, fərdi xüsusiyyətləri, xasiyyət və mənəvi 
keyfiyyətləri haqqında da məlumat toplaya bilər. Bu məqsədlə pedaqoqun 
valideyn və siniflə işləyən digər müəllimlərlə söhbət aparması tövsiyə olunur. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin