Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Müəllimin özünəinamına dair mülahizələr yürüdün



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə39/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   35   36   37   38   39   40   41   42   ...   69
Pedaqogika imtahan cavabları

45.Müəllimin özünəinamına dair mülahizələr yürüdün 
Müəllimin özünüinamlı şəkildə təqdim etməsi çox vacib məsələdir. Müəllim və 
şagirdlər arasında yaranan özünəinam hissinin inkişafı bir qədər vaxt tələb edir. 
Özünəinamlı müəllim şagirdlər tərəfindən dərhal hiss olunur. Adətən öyrənənlər 
pedaqoqdan ciddi idarəetmə gözləyir və bu, inamla yerinə yetirildikdə onlar 
özlərini rahat hiss edir, özlərinə daha çox güvənirlər. Əslində şagirdlər inamlı 
müəllimin yaratdığı təhlükəsizliyi sevirlər, əksinə olduğunu hiss edərlərsə, təlim 
prosesindən yayınırlar, çünki məktəblilərin xarakterində inamsız, zəif şəxsiyyəti 
dinləməmək xüsusiyyəti vardır. Göz təması şagirdlərə inam hissinin 
ötürülməsində önəmli rol oynayır. Həyəcanlı insan göz təmasından qaçır, sanki 
digərlərinin nə düşündüyünü bilmək istəmir, zəiflik və ya bacarıqsızlığını üzə 
çıxaracaq əlaqələrin yaranmasından qorxur. Əlbəttə ki, müəllim şagirdlərin 
cavabları qarşısında daim hazır dayanmalı, kömək və məsləhətə ehtiyacları 
olduqda müraciət etmələri üçün onların hər biri ilə yaxşı münasibət qurmalıdır.
Özünəinam verbal ünsiyyət zamanı aydın təlimat və izahat vasitəsilə heç bir 
tərəddüd olmadan ötürülə bilər. Səsdən təlimatların verilməsində, 
təhlükəsizliklə bağlı məsələlərdə, şagirdlərin yanlış davranışlarının qarşısını 
almaq məqsədilə də istifadə olunur. Belə hallarda həvəs göstərmək və fəal olmaq 


əvəzinə daha ciddi və qərarlı şəkildə davranmaq lazımdır. İnamlı insanların 
hərəkətlərində həyəcan olmur. Onlar demək istədikləri məlumatı jestlərlə ifadə 
edir və sakit dayanırlar. 
46.Müəllimin qayğıkeş yanaşması haqqında fikirlərinizi bildirin 
Şagirdlər hər zaman müəllimin emosional dəstəyini hiss edirlər, onun qayğıkeş 
və mehriban olması səmərəli münasibətin qurulmasında böyük rol oynayır. 
Ventzel qayğıkeş pedaqoqları müəllimliyə sadiq, şagirdlərin akademik uğur və 
ehtiyaclarını müəyyənləşdirməyi bacaran, demokratik ünsiyyət üslubuna malik 
insanlar kimi təqdim edir. Uilson bildirir ki, müəllimin emosional cəhətdən 
dəstəkləyici mühitdə həyata keçirdiyi əks-əlaqə şagirdlərin sosial bacarıqlarının 
inkişafına müsbət təsir göstərir. Vraqa görə şagirdlərin əksəriyyəti anlayışlı, 
mehriban və ciddi pedaqoqları səmərəli, nizamlı, ciddi və ya mehriban, xoş, 
anlayışlı müəllimlərdən üstün tutur. Ciddilik xüsusiyyətinin şagirdlər tərəfindən 
seçilməsini xüsusi qeyd etmək lazımdır. Şagirdlərin seçimlərinə baxmayaraq, 
bütün müəllimlərin bu sənətə üz tutmasının əsas səbəbi öyrənənlərə və onların 
inkişafına olan maraqlarıdır. Məktəblilərin müvəffəqiyyətli təlimi ilə bağlı 
müəllimin üzərinə götürdüyü öhdəlik onun bütün hərəkət və addımlarında əksini 
tapmalıdır. Yəni bu yanaşma yalnız sözlə yaranmır, çünki burada həssaslıq və 
asan uyğunlaşmaq bacarığı da mütləqdir. Qayğıkeş yanaşma səmərəli və peşəkar 
hazırlıqdan fəal dinləmə kimi bacarıqlara qədər müəllimliyin bir çox 
xüsusiyyətlərində açıq aydın görünür. Qayğıkeş müəllimlər şagirdlərin hər birinin 
adını hafizəsində saxlayır, bacarıq, inkişaf və əvvəlki dərslərdəki problemlərini, 
uğurlarını xatırlayır, onları dinləməyə hazır olur, həm dərs, həm də şəxsi 
mövzularda danışa bilirlər. Daha doğrusu, qayğıkeş müəllimlər şagirdlərin hər bir 
ehtiyacına böyük həssaslıqla yanaşır, təlim fəaliyyəti və uğurlarının 
dəyərləndirilməsi üçün düzgün əlaqələr qururlar. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin