Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Müəllimin təşəbbüskarlığını dəyərləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə38/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   34   35   36   37   38   39   40   41   ...   69
Pedaqogika imtahan cavabları

44.Müəllimin təşəbbüskarlığını dəyərləndirin 
Bəzi şagirdlər yeni məlumatlar əldə etdikcə narahat olmağa başlayırlar. Bunun 
qarşısını almaq üçün müəllim fənnini maraqlı şəkildə öyrətməli, müəyyən 
materialı yalnız təqdimatında deyil, hər bir fəaliyyət prosesində mənimsətməyi 
bacarmalıdır. Müəllimin fənninə duyduğu maraq ötürücü xarakterə malikdir
yəni o, fənninə maraqla yanaşarsa, şagirdlər də həvəslə dərsi öyrənərlər. Əlbəttə 
ki, bunu dərəcəsində etmək lazımdır. Təşəbbüskarlıq üç əsas yolla ötürülür.
Birinci ifadə üz ifadələridir. Peşəkar natiq ötürmək istədiyi məlumatla bağlı 
həyəcan, təəccüb və marağını üz ifadələri ilə bildirir. Bəzi üz ifadələri həddindən 
artıq qısa olur və müəyyən sözü vurğulayır. Lakin bəziləri nisbətən 
uzunmüddətlidir, bütöv fikri ifadə edir. Əsas məqsəd natiqin məlumat haqqında 
fikrini dinləyiciyə çatdırmaqdır. Danışan şəxs mövzusuna maraq göstərmirsə, üz 


ifadələrindən də az istifadə edir. Bu zaman belə təəssürat yaranır ki, fikirlər qeyri-
ixtiyari deyilib və müəllim şagirdlərin fikrini cəlb edə bilmir. 
İkinci vasitə səsdən istifadədir. Müzakirə zamanı müəllimin səs tonu mövzu 
haqqında fikir və düşüncələri üzə çıxarmağa zəmin yaradır, bu, şagirdlər 
tərəfindən də hiss olunur. Müəllimin səsi dərsin gedişatında lazım olduqda 
dəyişməli və onun fənnə dair münasibətini ifadə etməlidir. Monoton səs 
entuziazmı ifadə etmir. Əksinə, dərslərinə maraqla yanaşan müəllimlər sinifdə 
daha canlı görünür, təəccüb, kədər, sevinc və digər hislərini səsləri ilə bildirir
materialı təcrübələri ilə əlaqələndirərək özlərinin də həmin material və 
çalışmalara maraq göstərdiyini şagirdlərə çatdırırlar. 
Təşəbbüskarlığı ifadə etməyin üçüncü yolu duruş və jestlərlə əlaqədardır. İşinə 
peşəkarlıqla yanaşan müəllimin çevik, düzgün duruşu var və danışığı əl- qol 
hərəkətləri ilə uyğunluq təşkil edir. Bəzən bir məqamı vurğulamaq, hər hansı 
forma və ya istiqaməti göstərmək üçün bədən hərəkətlərindən yararlanmaq 
fayda verir. Müəllimin peşəsinə həqiqətən marağı varsa, işini sevirsə, duruş və 
jestləri bunu sübut etməlidir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin