48.Tərbiyənin qanunauyğunluqlarını tutuşdurun
Bu anlayış tərbiyə prosesində mühüm əlaqədə olan və sabit,
təkrarlanan
cəhətləri nəzərdə tutur. Onların reallaşdırılması şəxsiyyətin inkişafı və
formalaşmasında
səmərəli
nəticəyə
gətirib
çıxarır.
Tərbiyənin
qanunauyğunluqlarına aşağıdakılar aiddir:
Tərbiyənin məqsəd, məzmun və metodlarının vəhdəti
Tərbiyənin şagirdlərin müsbət keyfiyyətlərinə əsaslanması
Tərbiyənin həyatla, ictimai təcrübə ilə əlaqəsi
Tərbiyədə məktəblə ailənin birgə fəaliyyəti
Tərbiyə prosesində özünütərbiyənin həyata keçirilməsi
Tərbiyə prosesində ünsiyyət və fəaliyyətin təşkilinin müvəffəqiyyətə təsiri
Tərbiyə prosesində münasibətlərin müvəffəqiyyətə təsiri
1)Tərbiyənin məqsəd, məzmun və metodlarının vəhdəti. Təlimin məqsəd,
məzmun və metodları bir-biri ilə sıx əlaqədədir. Bu səbəbdən komponentlərin
birinin dəyişməsi digərlərinə də təsir göstərir. Təlimin səmərəsi tərbiyə
metodlarının seçimindən asılıdır. Tərbiyə prosesində məzmun və metodların
seçimi məqsədlərin reallaşmasına zəmin yaratmalıdır. Məsələn,
pedaqoq
şagirdlərində vətənpərvərlik hissinin formalaşdırılması və inkişaf etdirilməsi
məqsədini qoyursa, məzmun və metodlar da vətənpərvərliklə bağlı olmalıdır.
Tərbiyənin məqsəd, məzmun və metodlarının vəhdətində qanunauyğunluq
tərbiyə prosesində
müəllim tərbiyənin məqsəd, məzmun və metodlarının
vəhdətini nəzərə alırsa, şagirdlərin tərbiyəvi fəaliyyətinin, davranışının keyfiyyəti
yüksələr.
Dostları ilə paylaş: