Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


)Tərbiyə prosesində özünütərbiyənin həyata keçirilməsi



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə43/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   39   40   41   42   43   44   45   46   ...   69
Pedaqogika imtahan cavabları

5)Tərbiyə prosesində özünütərbiyənin həyata keçirilməsi. Özünütərbiyə insanın 
şəxsiyyətini inkişafa, təkmilləşməyə aparan şüurlu, məqsədyönlü, müstəqil 
fəaliyyətdir. Özünütərbiyəyə olan tələbat şəxsiyyətin ali inkişaf formasıdır. O, 
şəxsiyyətin iradəsindən, ideallarından və mənəvi keyfiyyətlərindən asılıdır. 
Özünütərbiyə insanın mədəni və intellektual səviyyəsini göstərir. O, tərbiyə 
prosesinin məntiqi sonudur. Müsbət keyfiyyətlərin formalaşdırılması, mənfilərin 
aradan qaldırılması, özünüinkişaf fəaliyyətinin təşkili tərbiyə prosesinin mütləq 
şərtidir. Bu səbəbdən məktəb tərbiyəsinin əsas şərtləri şagirdin daxili imkanlarını 
stimullaşdırmaq, onları intellektual, mənəvi, fiziki inkişafa yönləndirmək, onları 
dəstəkləməkdir. Tərbiyə prosesində özünütərbiyənin həyata keçirilməsi 


qanunauyğunluğu. O, müəllimin "özünütərbiyə"dən istifadə edərək tərbiyənin 
şüurlu intizam əsasında qurulmasını təmin edir. 
6)Tərbiyə prosesində ünsiyyət və fəaliyyətin təşkilinin müvəffəqiyyətə təsiri. 
Müəllim tərbiyə prosesində şagirdlərin davranışının tənzimlənməsinə təsir 
göstərǝn müxtəlif fəaliyyət növlərindən yararlanmalıdır. Fəaliyyətin müxtəlifliyi 
öyrənənlərin hərtərəfli inkişafına müsbət təsir göstərir. İstənilən proses şagird 
üçün maraqlı olarsa, onun təlim tələbatlarını qarşılayarsa, daha yüksək nəticə 
əldə etmək labüdləşər. Ünsiyyət və fəaliyyətin müvəffəqiyyətə təsiri 
qanunauyğunluğu. Tərbiyə prosesində müəllim və tərbiyəçi tərəfindən ünsiyyət 
və fəaliyyətin təşkilinin müvəffəqiyyətə təsiri nəzərə alınarsa, tərbiyə prosesinin 
səmərəlilik keyfiyyəti yüksələr. 
7)Tərbiyə prosesində münasibətlərin müvəffəqiyyətə təsiri. Tərbiyə prosesində 
müəllimlə şagirdlər arasında müəyyən münasibətlar yaranır. Onlar prosesə 
müsbət və ya mənfi təsir göstərir. Şagirdin nə müəllimi, nə də onun fəaliyyətini 
qəbul etməməsi böyük problemlər yarada bilər. Bu, özünü müxtəlif cür biruzə 
verir: tələb, məsləhət və tövsiyələri nəzərə almamaq, təklif olunan davranış 
modelini rədd etmək. Tərbiyə prosesinin əvvəlindən başlayaraq müəllimin 
tələbləri əsas götürülərsə, tədricən müsbət keyfiyyətlər vərdişə çevriləcək, 
uğurlu nəticə əldə olunacaq. Münasibətlərin müvəffəqiyyətə təsiri 
qanunauyğunluğu. Müəllim tərəfindən tərbiyə prosesində şagirdlərlə 
münasibətlərin müvəffəqiyyətlə qurulmasından asılı olaraq onun reallaşdırılması 
imkanları yüksələr. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin