Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Tərbiyə metodları arasında məna əlaqələri yaradın



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə46/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   42   43   44   45   46   47   48   49   ...   69
Pedaqogika imtahan cavabları

50.Tərbiyə metodları arasında məna əlaqələri yaradın 
Tərbiyə metodları dedikdə, tərbiyəolunanların davranışına, hislərinə, şüuruna 
konkret şəkildə təsir etmək yolu ilə pedaqoji vəzifələrin birgə fəaliyyətdə həllini, 
pedaqoq-tərbiyəçi ilə tərbiyəolunanların ünsiyyəti başa düşülür. Metodların 
seçilməsi pedaqoji məqsədlərə müvafiq olmalı, ictimai-tərbiyəvi mühitin 
spesifikliyi nəzərə alınmalı, şagirdlərin fərdi-psixoloji xüsusiyyətləri, kollektivin 


tərbiyəlilik səviyyəsi diqqət mərkəzində saxlanılmalıdır. Tərbiyə metodlarına 
aşağıdakılar daxildir: 
Çalışma 
metodu 
şəxsiyyətin 
formalaşması 
və 
inkişafı 
məqsədilə 
tərbiyəolunanlarla müxtəlif hərəkət və fəaliyyətlərin, praktik tapşırıqların planlı 
şəkildə təşkilidir. Öyrətmə metodu isə tərbiyəolunanlarda yaxşı vərdişlərin 
formalaşdırılması məqsədilə müəyyən hərəkətlərin planlı və mütəmadi şəkildə 
təşkilidir. Vərdişlər K.D.Uşinskinin qeyd etdiyi kimi hər hansı fəaliyyətin “bu 
hərəkətə meyil yaranmayana qədər” təkrarlanması deməkdir. A.S.Makarenko 
göstərirdi ki, “əgər insanı cəsurluq sərgiliyə bilmədiyi şəraitə salsan, həmin 
şəxsdə əsl cəsurluğu tərbiyə etmək olmaz” Tərbiyə işi praktikasında, əsasən, üç 
tip çalışma tətbiq edilir:  səmərəli fəaliyyətdə istifadə olunan çalışmalar; 
rejim çalışmaları;
xüsusi çalışmalar. 
Səmərəli fəaliyyətdə çalışmaların əsas məqsədi müsbət vərdişlər yaratmaqdan 
ibarətdir.
Rejim çalışmaları ailədə, yaxud tədris müəssisəsində tərbiyəolunanların həyat 
fəaliyyətlərinin rejiminin təşkilinə səmərəli təşkilinə təsir göstərir.
Xüsusi çalışmalar məşq xarakterli tapşırıqlardır. Onların məqsədi bacarıq və 
vərdişləri hazırlayıb möhkəmləndirmədən ibarətdir. 
Stimullaşdırma metodu hərəkətə, hissə, fikrə impuls vermək, onu oyatmaq 
deməkdir. 
Yarış metodu insanları ən yüksək nəticələr əldə etməyə yönəldir. Yarış yoldaşlıq, 
qarşılıqlı kömək və xeyirxahlıq şəraitində təşkil olunmalıdır.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin