Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Düzgün hərəkətə görə mükafatlandırma metodu



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə47/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   43   44   45   46   47   48   49   50   ...   69
Pedaqogika imtahan cavabları

Düzgün hərəkətə görə mükafatlandırma metodu  tərbiyəolunanda razılıq hissi 
oyadır, onun enerjisini yüksəldir, öz gücünə inamı artırır. Mükafatlandırma 
dəyərsizləşdirilməməli, tərbiyəolunan ən cüzi nailiyyətinə görə mükafat 
gözləməməlidir.
Cəzalandırma metodu köhnə tərbiyə metodlarından biridir. Nəzərə almaq 
lazımdır ki, sərt cəza metodları insanın psixikasını korlayır, ona ziyan gətirir. Yalnız 
ağıllı sistemə əsaslanan cəza insanın davranışını korrektə edir və onun 
davranışının qeyri-düzgün formalarının aradan qaldırılmasına köməklik göstərir. 
Lakin cəza insana mənəvi alçalma, yaxud fiziki əzab-əziyyət gətirməməlidir. Cəza 
tədbirlərinin tətbiqinə verilən pedaqoji tələblər aşağıdakılardır: tərbiyəolunanı 


hər hansı hərəkətinə görə özü bilmədən cəzalandırmaq olmaz, əsassız şəkildə 
cəzalandırmaq düzgün deyil; insan nəyə görə cəzalandırıldığını bilməlidir.
51.Tərbiyənin meyarları və diaqnostikası haqqında fikirlərinizi bildirin 
Kəmiyyət dəyəri 
Tərbiyə 
sisteminin 
səmərəliliyinin, 
onun 
həyat 
qabiliyyətliliyinin 
qiymətləndirilməsində tərbiyə subyektlərinin və ümumiyyətlə, təlim-tərbiyə 
müəssisəsinin fəaliyyətində gedən keyfiyyət dəyişikliklərinin xüsusiyyətlərini 
nəzərə almaq lazımdır. Bunun üçün tərbiyə sisteminin aşağıdakı kəmiyyət 
göstəricilərinin müqayisə edilməsi vacibdir. 
Müxtəlif dərnəklər, studiya, bölmə, məktəb qruplarında, həm də 
məktəbdənkənar təhsil müəssisələrinin işində iştirak edən uşaqların sayı; 
İştirakçıların sayında özünü biruzə verən sosial fəallıq və ictimai-səmərəli işlərin, 
tədbirlərin sayı, şəfqətlilik, ekoloji hərəkat və s. 
Uşaqların məktəbin tərbiyəvi və ictimai-faydalı tədbirlərində iştirak dərəcəsi; 
Şagirdlər tərəfindən yol verilmiş davranış pozuntuları və cəzaların sayı; 
Qeyri-sosial davranış faktlarına görə inzibati qeydiyyata alınmış uşaqların sayı və 
s. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin