Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə66/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   61   62   63   64   65   66   67   68   69
Pedaqogika imtahan cavabları

Diqqətin cəlb olunması qaydaları 
Təcrübəli müəllim dərs zamanı sinfin diqqətini cəlb etməyi bacarmalı, müraciət 
etməzdən əvvəl şagirdlərin onu dinləyəcəyinə əmin olmalıdır. Adətən, 
müəllimlər şagirdlərin diqqətini cəlb etmək üçün “diqqətiniz məndə olsun!”, 
fərdi şəkildə isə: “Rəna, bu sənə də aiddir” kimi ifadə və ya cümlələr işlədir. Bu, 
digər şagirdlərə müəllimin hədəfi olmamaq üçün xəbərdarlıq hesab olunur. 
Müəllim təhlükəsizlik məsələsinə toxunmaq istəyəndə, çətinlik yarandıqda, 
dəstəyə ehtiyac duyulduqda, planda gözlənilmədən dəyişiklik, situasiyaya uyğun 
düzəliş aparıldıqda şagirdlərin diqqətini cəlb etmək zərurəti formalaşır. Sinfin 
vacib qaydalarından biri də şagirdlərin danışan zaman şəxsi dinləmələridir. 


Sakitliyin yaranması üçün müəllim bir neçə dəqiqə gözlədikdə, məktəblilər onun 
nə istədiyini anlayır, lakin lazım gəldikcə xatırladılmalı, əsas məqamlar 
vurğulanmalıdır. Aşağıdakı suallar dərs prosesində şagirdlərin diqqətini 
cəmləşdirməyə kömək edə bilər. 
Təlimdə inkişafın təmin olunması qaydaları
Burada 
məqsəd 
dərsin 
planlaşdırılmasında 
şagirdlərin 
düşünməsini, 
həvəsləndirilməsini, addım-addım fəaliyyətlərini anlamağı təmin etməkdir. 
Dərsdə şagirdlərin işinin yoxlanılması və qiymətləndirilməsi onların inkişafına 
müsbət təsir göstərir. Özünüqiymətləndirmə, şagirdlərin bir-birinin işini 
yoxlamaq üçün dəftərlərini dəyişdirmək də yaxşı nəticələr verir. Öyrənənlərin 
fəaliyyətini mütəmadi qiymətləndirmək xüsusi, uyğun, çətin hədəflər 
müəyyənləşdirməyə kömək edir. Şagirdlərə izahat vermək, müzakirələr aparmaq 
onlara harada və necə inkişaf edə biləcəkləri barədə məlumat verir. 
73.Dərsə hazırlıq prosesinin sözlü eskizini çəkin. 
Məktəbdə yeni fəaliyyətə başlayan müəllim müxtəlif şagirdlərdən ibarət 
siniflərdə dərs keçməli olur. Əlbəttə, ilk dərsə hazırlıq böyük məsuliyyət və gərgin 
iş tələb edir. Lakin bütün səylərə baxmayaraq, təcrübəsizlikdən irəli gələn 
həyəcan bəzən prosesin təşkilinə mənfi təsir göstərir. Belə hallarla təcrübəli 
müəllimlər də ilk dərslərində üzləşiblər. Gənc müəllimin fəaliyyətinin ilk 
günlərində təlaşlanması təbiidir. Universitetdə təhsil müddəti ərzində kifayət 
qədər nəzəri biliklərin alınmasına baxmayaraq, praktik fəaliyyət kifayət qədər 
gərgin ola bilər. Çünki müəllim özünü yeni rolda-pedaqoq peşəsində sınayır, 
şablon, dəqiq qayda və təlimatlar isə yoxdur. İlk dərsə hazırlaşarkən saatlarla vaxt 
sərf edib, peşə seçimi ilə bağlı yenidən düşünə bilər. İlk dərsdə nəyisə həddindən 
artıq böyük səylə yerinə yetirmək məsləhət deyil. Məhdud uğur qeyri-məhdud 
uğursuzluqdan daha yaxşıdır. Tədricən fəaliyyətin nəticələrinin təhlilini 
aparacaq, öyrənəcək, təlim, tədrisə dair peşəkar biliklərinizi təkmilləşdirəcək və 
dərsin idarə olunmasındakı uğursuzluqların təkrarlanmaması üçün bilik və 
bacarıqlarımızı artıracaq, apardığı müşahidələr əsasında özünü peşəkar kimi 
formalaşdıracaq. Müəllim üçün məktəblilərin adlarının öyrənilməsi də vacib 
bacarıqdır. Bəzi insanlar üçün bu asan, bəziləri üçün təəssüf ki, uzunmüddətli 
prosesdir. Şagirdlərin adlarının yaddaşda saxlanılması üç böyük üstünlüyə 
malikdir: fərdi, təqdiredici, xəbərdarlıqedici. Daha təcrübəli müəllimləri 


müşahidə edib onların nadinc və ya sakit şagirdləri necə idarə etdiyinə də diqqət 
yetirmək olduqca faydalıdır. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin