Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Məktəbdaxili idarəetmənin əsas prinsiplərini tutuşdurun



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə54/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   50   51   52   53   54   55   56   57   ...   69
Pedaqogika imtahan cavabları

57.Məktəbdaxili idarəetmənin əsas prinsiplərini tutuşdurun. 
İdarəetmə və rəhbərlikdə demokratik iş üslubu təhsil şuralarının ictimai 
özünüidarə orqanlarinaa, şagirdlərin fəaliyyətinin və özfəaliyyətinin hər vasitə ilə 
inkişaf etdirilərək maksimum dərəcədə özünü təşkilinə, özünüidarəsinə keçməsi, 
kollegial orqanların əməkdaşlı məktəb şuralarının tərkibinə müxtəlif 
kateqoriyalardan olan nümayəndələrin seçilməsi, onların hər birinin rəyinə 
hörmətlə yanaşılması əsasında həyata keçirilir. 
Demokratikləşdirmə əvvəlki dövrlərdə hakim olan inzibati -amirlik üsullarını 
rədd edir, idarəetmə və rəhbərliyi əməkdaşlıq üzərində qərarlaşdırır, məktəbi 
uşaqlar üçün sevinc mənbəyinə, tərbiyə ocağına çevirir. Əlbəttə, bu, məktəb 
rəhbərlərinin məsuliyyətini əsla azaltmır. İdarəetmə və rəhbərliyi həyata keçirən 
hər bir şəxs öhdəsinə düşən rolu yüksək səviyyədə yerinə yetirməyə borcludur. 


İdarəetmənin və rəhbərliyin prinsiplərindən biri də aşkarlıq və obyektivlikdir
Aşkarlıq və obyektivlik demokratiyanın təzahür formasıdır. Aşkarlıq-hər şeyin 
hamı üçün aydın olması deməkdir. Təcrübə göstərir ki, məxfilik işdəki qüsurların 
daha da dərinləşməsina səbəb olur və ictimai balaya çevrilir. Aşkarlıq və 
obyektivlik olmayan yerdə təlim-tərbiyə işlərinin vəziyyətini düzgün 
müəyyənləşdirmək, pedaqoji kollektivin, yaxud ayrı-ayn müəllimlərin və ya 
tərbiyəçilərin fəaliyyətini lazımi şəkildə qiymətləndirmək, işdə müvəffəqiyyətə 
nail olmaq mümkün deyildir.
Ən vacib prinsiplər sırasında elmilik mühüm yer tutur. Ümumiyyətlə, yaxşı 
idarəetmə və rəhbərlik üçün peşəkarlıq, səriştəlilik, təcrübə, işgüzarlıq, dərin 
bilik, sadalanan keyfiyyətlərin vəhdəti çox vacibdir. Bu vəhdət isə pedaqogika, 
psixologiya və sosiologiya elmlərinin nailiyyətlərinə əsaslandıqda, onları 
təcrübədə tətbiq etdikdə yaranır. Məktəb rəhbərləri geniş dünyagörüşə, yeni 
üsullar axtarıb tapmaq, işdə tətbiq etmək qabiliyyətinə malik olmalı, mürəkkəb 
təşkilati, pedaqoji məsələləri yaradıcılıqla, operativ şəkildə həll etməyi 
bacarmalıdırlar. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin