Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə80/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   90
lazım olsa əlavə mənbə

Kollektivin tərbiyəsi. Kollektivi təşkil edib formalaşdırmaqla yanaşı, onun tər- biyəsi qeydinə də qalmaq lazımdır. Əks halda böyük zəhmətlə yaradılan kollektiv in- kişaf etməz, zəifləyib dağıla bilər.
Tələbə kollektivinin tərbiyəsi üçün müxtəlif yollardan istifadə edilir. Kollektivin tərbiyəsinin əsas yolu onun qarşısında fərəhli məqsədlərin qoyulmasıdır. Fərəhli məqsəd uğrunda mübarizə kollektivi möhkəmlədir, onun həyatına sevinc və güm- rahlıq gətirir. Tərbiyə işinin ustası A.S.Makarenko kollektiv qarşısında qoyulan fərəhli perspektiv vəzifələrin üç növünü müəyyən etmişdi: yaxın, orta və uzaq perspektiv.
Perspektiv vəzifələrin müntəzəm və rəngarəng olmasına diqqət yetirilməlidir.
Bir vəzifə əldə edilərkən yenisini irəli sürmək lazımdır.

Kollektivin tərbiyəsində ənənələrin rolu da böyükdür. Ənənə dedikdə, dövri olaraq təkrarlanan və hamı tərəfindən qəbul edilən möhkəm qaydalar başa düşülür. Ənənə kollektivi dağılmaqdan qoruyur, onu birləşdirir. Bu mənada A.S.Makarenko ənənəni “ictimai yapışqan” adlandırıb qeyd edirdi ki, heç nə ənənə qədər kollektivi möhkəmlətmir.


Tərbiyə təcrübəsində ənənələrin iki tipi özünü göstərir: daxili intizam qaydaları ilə və kütləvi tədbirlərlə bağlı ənənələr. Birinci tipə auditoriyanı təmiz saxlamaq, dərslərə gecikməmək, yüksək qiymətlərlə oxumaq, ad günlərinin keçirilməsi, oğlanların qızlara diqqət və qayğı göstərməsi, xəstələrə qayğı və s. misal ola bilər.
Kütləvi tədbirlərlə bağlı ənənələr dövri olaraq təkrarlanan və təntənəli şəkildə keçirilən kütləvi tədbirlərdir. Tarixi günlərin və bayramların keçirilməsi, ilk zəng, son zəng, məzunların görüşü, hər tələbənin bir ağac əkib ona qulluq etməsi, hər il sparta- kiada və fənn olimpiadalarının keçirilməsi və s. kimi ənənələr bura daxildir.
Kollektivi inkişaf etdirməyin bir yolu da fəalların rolunu artırmaq və onlara qayğı göstərməkdən ibarətdir.
Fəalları ən mühüm və məsul fəaliyyət sahələrinə geniş cəlb etmək, onlara etimad göstərmək və müəyyən səlahiyyətlər vermək, onlarla mehriban işgüzar münasibət yaratmaq lazımdır. Bu, fəalların kollektivdə rolunun və sayının artması baxımından əhəmiyyətlidir.
Kollektivin tərbiyəsində şəxsiyyətlərarası səmimi qarşılıqlı münasibətlərin yara- dılması, yoldaşlıq və dostluğun möhkəmləndirilməsi də mühüm şərtdir. Bu məqsədlə birgə maraqlı tədbirlər (əmək, idman yarışları, ekskursiya və gəzintilər, oyun və əy- ləncələr və s.) keçirmək faydalıdır. Gənclik illərində dostluq bəzən qızlar və oğlanlar arasında sevgiyə çevrilir. Bunu başa düşmək, ona hörmətlə yanaşmaq, onun yüksək mənəvi əsasda olmasına kömək etmək lazımdır.
Tələbə kollektivində özünüidarənin təşkili. Tələbə kollektivi özünüidarə prinsipi əsasında fəaliyyət göstərir. Tələbə özünüidarəsi üç səviyyədə – qrup, fakültə universitet səviyyəsində fəaliyyət göstərir. İlk kollektivin ali orqanı qrupun ümumi yığıncağıdır. Orada qrup həyatının ən mühüm, aktual məsələləri müzakirə edilir.

Qrupun ümumi yığıncağı ayda bir dəfə keçirilir. İlk yığıncaqda qrup nümayəndəsi seçilir.


Fakültə və ali məktəb səviyyəsində tələbə özünüidarə orqanları ilk (qrup) kol- lektivlərinin müvəkkillərini birləşdirmək yolu ilə yaradılır. Belə orqanlara tələbə həmkarlar və gənclər təşkilatı şurası, müxtəlif sahələr üzrə fəaliyyət göstərən komis- siya və şuralar daxildir.
Kollektivdə qarşılıqlı münasibətlərin formalaşdırılması. Tələbə kollektivində normal münasibətlərin yaradılması bir çox amillərlə bağlıdır. Bu amillərə kollektivin ümumi ideya-mənəvi dəyərlərlə yaşaması, ünsiyyət mədəniyyəti, ictimai rəy, mənəvi- psixoloji iqlim və s. daxildir. Bu amillərin xarakterindən asılı olaraq tələbə kollekti- vində səmimi və ya münaqişəli münasibətlər özünü göstərir.
Tələbə kollektivindəki münaqişələri (onlar daha çox şəxsiyyətlərarası münasi- bətlər zəminində baş verir) elmi əsasda həll etmək lazımdır; münaqişəni dərindən təhlil etmək, səbəbləri və münaqişə tərəflərinin motivlərini öyrənmək, heç bir tərəfin hüququnu pozmadan, nüfuzuna xələl gətirmədən kollektivin ümumi mənafeyindən çıxış edərək ixtilafı sivil yolla həll etmək vacibdir. Münaqişələrin profilaktikasına daha çox diqqət yetirmək lazımdır. Çünki münaqişələri həll etməkdənsə, onların qarşısını almaq daha asandır. Münaqişələrin qarşısını almaq üçün kollektivdə normal münasibətlər qurmaq, sağlam ictimai rəy, müsbət mənəvi-psixoloji iqlim və ünsiyyət mədəniyyəti formalaşdırmaq böyük əhəmiyyətə malikdir.

    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin