Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə79/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   90
lazım olsa əlavə mənbə

İqtisadi tərbiyə. İqtisadi tərbiyə dedikdə, böyüyən nəsli təsərrüfatçılıq, sahib- karlıq, qənaətcillik ruhunda formalaşdırmaq, onları iqtisadi fəaliyyətə hazırlamaq məqsədi ilə aparılan kompleks təsirlər sistemi başa düşülür.
İqtisadi tərbiyə qarşısında aşağıdakı vəzifələr durur: - gənc nəsildə iqtisadiyyat, onun cəmiyyətdə rolu, təsərrüfatçılıq, sahibkarlıq haqda təsəvvürlər, iqtisadi təfəkkür formalaşdırmaq; - gənc nəsli psixoloji və əməli cəhətdən iqtisadi fəaliyyətə hazırla- maq; - gənclərdə qənaətcillik, ictimai mülkiyyətə, xalq əmlakına, məktəb avadanlığı- na, suya, enerjiyə, çörəyə qayğılı münasibət tərbiyə etmək; - israfçılığa, təsərrüfatsız- lığa, əməyə və əmək məhsuluna laqeydliyə, məsuliyyətsizliyə qarşı barışmazlıq tərbiyə etmək.
İqtisadi təhsil və tərbiyə müxtəlif yollarla vasitələrlə həyata keçirilir. Bu sa-

hədə təlim prosesi böyük imkanlara malikdir. Müxtəlif fənlərdə gənclər cəmiyyətin iqtisadi inkişafının qanunları ilə tanış olur, iqtisadi təsəvvürlərə yiyələnirlər.


İqtisadi təhsil və tərbiyə sahəsində təlimdə aparılan iş auditoriyadankənar təd- birlər yolu ilə möhkəmləndirilir və daha da dərinləşdirilir. İctimai-faydalı və məh- suldar əmək zamanı gəncləri iqtisadi münasibətlərə qoşmaq, iqtisadi məsələlərin praktik həllinə cəlb etmək mühüm şərtdir.
Vaxtaşırı olaraq fakültələrdə tələbə təşkilatları xətti ilə qənaətcillik reydləri və ayları keçirmək, bu zaman dövlət əmlakına, elektrik enerjisinə, suya qənaət edilməsi vəziyyətini öyrənmək, reydlərin nəticələrini kollektivdə müzakirə etmək qənaətcillik, təsərrüfatçılıq baxımından əhəmiyyətlidir.


    1. Tələbə kollektivinin şəxsiyyətə təsiri


Kollektiv anlayışı, onun funksiyaları, təşkili. Şəxsiyyətinin formalaşmasına təsir göstərən amillər içərisində kollektiv mühüm yer tutur. O, insan həyatını təşkil etməyin sə- mərəli formalarından biridir. Kollektiv sosial qrupun yüksək təşəkkül tapmış forma- sıdır. Kollektivə belə tərif vermək olar: kollektiv ictimai-faydalı məqsədlər naminə birgə fəaliyyət göstərən, qarşılıqlı asılılıq münasibətlərinə daxil olan, özünüidarə or- qanlarına (müvəkkillərə) və ictimai rəyə malik olan insanların mütəşəkkil birliyi, yüksək təşəkkül tapmış sosial qrupdur.
Kollektivin funksiyaları aşağıdakılardan ibarətdir: a) tərbiyə funksiyası; b) sti- mullaşdırma və tənzimləmə funksiyası; c) təşkilatçılıq funksiyası. Kollektivin öz funksiyalarını yerinə yetirməsi üçün onu düzgün təşkil etmək, tərbiyə və inkişafı qey- dinə qalmaq lazımdır. Kollektiv düzgün təşkil edildikdə tərbiyə işində təsirli vasitə ola bilər.
Kollektivin təşkili üçün səlahiyyətlərin, ictimai vəzifələrin düzgün bölünməsi mühüm şərtdir. Vəzifələrin təyin etməklə yox, seçki yolu ilə tutulması daha səmə- rəlidir. Kollektivin təşkilinin digər şərti mümkün qədər daha çox tələbəni ictimai vəzi- fələrə cəlb etməkdən ibarətdir. Bu halda kollektivdə bərabərlik, qarşılıqlı asılılıq şəraiti yaranır ki, bu da sağlam kollektivin vacib şərtidir.
Kollektivin təşkili müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərə demokratiya (kollektivin həyatında və idarə olunmasında hamının seçkili orqanlar vasitəsilə işti- rakının təmin olunması), aşkarlıq (işlərin gizli, qapalı yox, aşkarlıq şəraitində icrası),

plüralizm (fikir müxtəlifliyinə, azadfikirliliyə şərait yaradılması), çoxluğun rəyinin əsas götürülməsi və azlığın rəyinə hörmət edilməsi və s. prinsiplər daxildir. Həmin prinsiplər əsasında sağlam, demokratik kollektiv yaratmaq və onu tərbiyənin təsirli subyektinə çevirmək olar. Bunun üçün müəyyən mərhələlərlə iş aparmaq lazımdır.


Kollektivin inkişaf mərhələləri. Kollektivin təşkili uzun sürən prosesdir; kollektivin inkişafında dörd mərhələ ayırd edilir. Birinci mərhələ kollektivin təşək- külü mərhələsi adlanır. Burada əsas təşkilatçı kimi müəllimlər, kurator, dekanlıq, qrup nümayəndəsi çıxış edir.
İkinci mərhələ kollektiv özəyin təşkili mərhələsi adlanır. Fəallar müəllimin-tər- biyəçinin, kurator və qrup nümayəndələrinin dayağı kimi çıxış edir, onların tələblərini müdafiə edir, kollektivin həyatında fəallıq göstərirlər.
Üçüncü mərhələ özünüidarəyə keçid mərhələsi adlanır. Bu mərhələdə kollektivin əksər üzvləri onun həyatında fəal iştirak edir, yoldaşlarına tələblər verirlər. Bu mərhələdə kollektivin ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici amilə çevrilir.
Dördüncü mərhələ kollektivin yetkinlik mərhələsi adlanır. Bu mərhələdə kol- lektivin bütün üzvləri onun həyatında fəal iştirak edir, hərə özünə tələb verir. Beləliklə, tərbiyə özünütərbiyə ilə qovuşur.
Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mərhələləri onun inkişaf di- namikasını ifadə edir: kollektiv pedaqoji rəhbərlikdən tədricən özünüidarə və özünü- tənzimləmə sisteminə çevrilir və mühüm tərbiyə vasitəsi kimi çıxış edir.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin