Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə87/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   90
lazım olsa əlavə mənbə

Fakültəyə rəhbərlik. Fakültə ali məktəbin tədris, elm və inzibati bölməsi kimi müəyyən sahə (yaxud yaxın sahələr) üzrə mütəxəssis hazırlığını həyata keçi- rir. Fakültə ali məktəbin Elmi Şurası tərəfindən yaradılır. Müəyyən ixtisas və ya istiqamətlər üzrə tələbələrin sayı (bakalavriat və magistratura pillələrində birlikdə)
300 nəfərdən çox (bundan 200 nəfərdən çoxu əyani şöbədə) olduqda fakültə yaradılır. Fakültəyə mövcud qaydada seçilmiş və rektorun əmri ilə təsdiq olunmuş dekan rəhbərlik edir. Tələbələrin sayı 100 nəfərdən çox olduqda fakültə daxilində müvafiq şöbələr (əyani, qiyabi, bəzən axşam şöbələri, ayrı-ayrı ixtisaslar üzrə

şöbələr) yaradıla bilər.


Dekan fakültənin profilinə uyğun mütəxəssis, həmin sahədə tanınmış alim, təc- rübəli müəllim, tədris-tərbiyə işini yaxşı bilən təşkilatçı, nüfuzlu şəxsiyyət olmalıdır. Dekan fakültədə tədris-tərbiyə, elmi işlərin vəziyyətinə, tədris planları və proqramlarının, elmi-tədqiqat planlarının yerinə yetirilməsinə, tələbələrlə tərbiyə işlərinin düzgün qurulmasına, fakültədə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına ümumi rəhbərlik edir və rektorluq qarşısında cavabdehlik daşıyır. Dekan fakültə Elmi Şurasına sədrlik edir. O, fakültədə tədris-tərbiyə işlərinin gedişi, istehsalat və pedaqoji təcrübənin təşkili, fakültədə fəaliyyət göstərən tədris- köməkçi heyətin öz işinə məsuliyyətini artırmaq istiqamətində tədbirlər həyata keçirir, fakültədə elmi konfransların işinə rəhbərlik edir. Ali məktəbin həyatı ilə bağlı bütün tədbirlərdə fakültəni təmsil edir. O, dekan müavinləri ilə birlikdə fəaliyyət göstərir, onların işinə istiqamət verir. Dekanın bir və ya bir neçə müavini ola bilər: tədris işləri üzrə müavin (I müavin), elmi işlər, magistratura və qiyabi təhsil üzrə müavin, humanitar məsələlər üzrə müavin və s. Hər bir dekan müavini öz sahəsi üzrə işlərə bilavasitə rəhbərlik edir və dekan qarşısında məsuliyyət daşıyır. Dekan müavinləri ayrı-ayrı sahələr üzrə işlərə bilavasitə rəhbərlik etsələr də, fakültədə bütün işlərin vəziyyəti üçün əsas məsuliyyət dekanın üzərinə düşür.
Dekan tədris-tərbiyə və elmi işlərə rəhbərliyi kafedra müdirləri ilə sıx əmək- daşlıq şəraitində, onların fəal iştirakı ilə həyata keçirir.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin