Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə84/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   90
lazım olsa əlavə mənbə

Sual və tapşırıqlar


  1. Elmi dünyagörüşünün mahiyyəti, struktur ünsürləri, vəzifələri, yolları və vasitələrini səciyyələndirin.

  2. Əxlaq və əmək tərbiyəsinin vəzifələri, pedaqoji şərtləri, sistemi, yol və vasitələri hansılardır?

  3. Estetik, fiziki, ekoloji tərbiyənin əhəmiyyəti, nəzəri-metodoloji əsasları, vəzifələri və vasitələrini şərh edin.

  4. Hüquq və iqtisadi tərbiyəsinin vəzifələrini, forma və metodlarını səciyyələndirin.

  5. Kollektiv hansı inkişaf mərhələlərindən keçir?

  6. Pedaqoji ünsiyyətin forma və üslublarını səciyyələndirin.

  7. Bir tələbə ilə demokratik üslubda ünsiyyət yaradın.



Ədəbiyyat


  1. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. B., 2007.

  2. Kazımov N. Ali məktəb pedaqogikası. B., 1999.

  3. İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası (mühazirə kursu). B., 2010.



  1. mühazirə


Ali məktəbə rəhbərliyin əsasları, ali məktəb rəhbərliyi kollegial orqanlar

Plan:


  1. Ali məktəbə rəhbərliyin əsasları

  2. Ali məktəbin strukturu

  3. Ali məktəb rəhbərliyi. Fakültə və kafedraya rəhbərlik

  4. Ali məktəbin kollegial orqanları



    1. Ali məktəbə rəhbərliyin əsasları


Ali məktəb cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqə- sidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbil- dəndir.
Ali məktəbin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təlim- tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali mək- təbin “idarə edilməsi» və “ona rəhbərlik” bir-birilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdarəetmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir. Rəhbərlik bir- birinə zidd iki üslubda – avtoritar və demokratik üslublarda həyata keçirilir. Demokratik rəhbərlik daha səmərəli olub, kollektivdə normal iş şəraiti, insani münasibətlər, sağlam mənəvi-psixoloji iqlim yaratmağa imkan verir. Rəhbərliyin yüksək forması kollektiv rəhbərlik hesab olunur. Çünki bir şəxsin (rəhbərin) iradəsindən asılı olan rəhbərlik zamanı subyektivizm halları özünü göstərir. Kollektiv rəhbərlikdə isə belə hallar xeyli məhdudlaşır və ya tam aradan qalxır. Həm də bu halda kollektiv qərar qəbulunda iştirak edən adamlarda məsuliyyət hissi

yüksək olur.


Ali məktəbə rəhbərlik mövcud qanunvericiliyə və müvafiq dövlət sənədlərinə əsaslanır: 1) Azərbaycan Respublikasının; 2) Azərbaycan Respublikasının Təhsil Qanunu; 3) «Ali təhsil müəssisəsi haqqında Əsasnamə»; 4) Ali məktəbin Nizamnaməsi.
Ali məktəbə rəhbərlik müəyyən prinsiplərə əsaslanır. Həmin prinsiplər aşağı- dakılardan ibarətdir:

  1. Məqsədyönlülük prinsipi.

  2. Demokratiklik prinsipi.

  3. Aşkarlıq prinsipi.

  4. Şəffaflıq prinsipi.

  5. Elmilik işgüzarlıq prinsipi.

  6. Prinsipiallıq obektivlik prinsipi.

  7. Optimallıq prinsipi.

Ali məktəbə rəhbərlik prosesində göstərilən prinsiplərə vəhdətdə, həm də dəqiq əməl etmək vacib şərtdir. Əks halda rəhbərlik və idarəetmə sahəsində yüksək səmərə və keyfiyyət əldə etmək çətindir.



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin