Pedaqoji ünsiyyət və tələbə şəxsiyyətinin inkişafında onun rolu
Tələbə gənclərin şəxsiyyətinin formalaşmasına təsir göstərən amillər içərisində pedaqoji ünsiyyət mühüm yer tutur. Pedaqoji ünsiyyət təsirli tərbiyə vasitəsi kimi mühüm əhəmiyyət kəsb edir. Gənclərin bir çox şəxsi keyfiyyətləri – kollektivçilik, humanizm, məsuliyyət, dəqiqlik, intizam, yoldaşlıq-dostluq, düzlük-doğruçuluq və s. insani sifətlər normal ünsiyyət şəraitində daha tez formalaşır. Qeyri-normal ünsiyyət şəraitində insanda əks keyfiyyətlər – əsəbilik, mənfi emosiyalar, qorxu, inamsızlıq, iş- güzarlığın azalması müşahidə olunur. Belə ünsiyyət təlim-tərbiyə keyfiyyətinə, müəl- limin nüfuzuna mənfi təsir göstərir: düzgün qurulmayan ünsiyyət tələbələrdə müəl-
limə və onun tədris etdiyi fənnə neqativ münasibətin yaranmasına səbəb olur.
Pedaqoji ünsiyyət və onun strukturu. Pedaqoji ünsiyyət pedaqoji proses işti- rakçılarının qarşılıqlı münasibətlərini ifadə edən peşə ünsiyyətidir, pedaqoji fəaliy- yətin çox çətin bir sahəsidir. Bir çox müəllimlər məhz tələbələrlə ünsiyyət qurmaqda çətinlik çəkir, bu sahədə ciddi səhvlərə yol verirlər. Bu səhvlər isə onların iş keyfiy- yətlərinə, səhhətlərinə mənfi təsir göstərir.
Pedaqoji ünsiyyətin düzgün qurulması ünsiyyətin mahiyyətini, strukturunu, mexanizmini, şərtlərini yaxşı dərk etməkdən, pedaqoji ünsiyyətə yiyələnməkdən çox asılıdır.
Ünsiyyət – insanların informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir-birini qav- raması prosesidir. Müasir psixologiyada ünsiyyətin üç tərəfi fərqləndirilir:
informasiya mübadiləsi (kommunikativ tərəf);
insanların qarşılıqlı təsiri (interaktiv tərəf);
insanların bir-birini qavraması (perseptiv tərəf).
Ünsiyyətin qeyd edilən tərəflərinə müvafiq olaraq onun üç funksiyası özünü göstərir: informasiya vermək, tərbiyəvi təsir göstərmək, insanı duymaq funksiyaları.
Ünsiyyətin kommunikativ funksiyası – informasiya mübadiləsi pedaqoji fəaliyyə- tin əsasını təşkil edir.
Ünsiyyətin interaktiv funksiyası – insanların qarşılıqlı münasibətləri, qarşılıqlı təsiri ünsiyyətin əsasını təşkil edir.
Ünsiyyətin perseptiv funksiyası insanların bir-birini qavraması və anlaması ilə bağlıdır.
Ünsiyyətin qeyd edilən tərəflərini (funksiyalarını) vəhdətdə həyata keçirilmə- lidir. Bəzən ali məktəb təcrübəsində bu məsələyə birtərəfli yanaşılır: müəllim məşğələ zamanı ünsiyyətin yalnız bir tərəfini, məsələn, informasiya vermək tərəfini təşkil edib, digər iki tərəf üzərində düşünmür.
Tələbələrdə təlim fəaliyyətinə marağın azalması səbəblərinin təhlili göstərir ki, zəif mənimsəmə və fənnə diqqətin azalması başlıca olaraq məhz pedaqoji ünsiyyətin yanlış təşkili ilə bağlıdır. Eksperiment təriqi ilə müəllim pedaqoji ünsiyyətin struktu- runu dəyişərək onun hər üç tərəfini əlaqəli təşkil edir – qrupda müsbət işgüzar mühi-
tin, sağlam mənəvi-psixoloji iqlimin yaradılmasına, yəni ünsiyyətin interaktiv və per- septiv tərəfinə daha çox diqqət yetirir. Bu halda tələbələrin təlimə münasibətində nə- zərəçarpan dəyişiklik baş verir. Hər bir müəllim (xüsusən gənc müəllimlər) tədris etdiyi fənni mükəmməl bilməklə yanaşı pedaqoji ünsiyyət qabiliyyətinə də yaxşı yiyələnməlidir.
Dostları ilə paylaş: |