9
təkmilləşdirilməlidir. Fənnin tədrisi zamanı
istifadə etdiyimiz
tədris və öyrənmə metodlarına, təxminən, aşağıdakıları nümunə
göstərmək olar:
-
Praktiki tapşırıqlar (daha çox ist. olunur)
-
Təqdimatlar, müzakirələr (daha çox ist. olunur)
-
Müstəqil iş, araşdırma, esse (daha çox ist. olunur)
-
Qrup yarışmaları
-
Cütlərlə iş
-
Hesabatlar
-
Video və audio seminarlar
-
Stimulyasiyalar
-
Qrup qiymətləndirməsi və s.
Fənnin tədrisi zamanı
nəzəri və tətbiqi məsələlər
arasında nisbətin gözlənilməsinə də diqqət yetirilməlidir.
Azərbaycan ədəbiyyatı tarixi
fənninin təsviri:
Azərbaycan ədəbiyyatı tarixi fənni tələbələri Azərbaycan
ədəbiyyatının yaranması, formalaşması, onun inkişaf mərhələləri
haqqında məlumatları mənimsəməyə və bu fənlə bağlı dərin elmi
biliyə malik olmağa yönəldir.
Kursun məzmunu:
Ümumi kurs üzrə 240 saat (22 kredit)
I kurs üzrə 45 saat (4 kredit)
I kurs Azərbaycan ədəbiyyatı tarixi (1)
II
semestr
Azərbaycan ədəbiyyatının ilkin ümumtürk qaynaqları,
“Avesta”nın dini, əxlaqi, fəlsəfi, ictimai, ədəbi dəyərlər toplusu
olaraq sonrakı dövr
ədəbi- mədəni prosesdə rolu, “Kitabi- Dədə
Qorqud”un yazılı abidə olaraq ədəbi axara verdiyi töhfələr,
ərəbdilli, farsdilli Azərbaycan ədəbiyyatı və onların meydana
gəlməsini
şərtləndirən amillər, intibah poeziyasının ortaya
qoyduğu təsəvvür, ədəbi axın və meyllər,
ədəbi- nəzəri fikrin
görkəmli nümayəndələırinin yetişməsi və onların yaradıcılığı,
islam mədəniyyətinin, təriqət dünyagörüşünün dərki və təqdimi
kursun ümumi məzmununu təşkil edir.
10
Auditoriya dərslərinin həcmi nəzərə alınaraq semestr
ərzində mövzuların aşağıdakı kimi təqdim edilməsi məqsədəuy-
ğundur.
Dostları ilə paylaş: