Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


XIV Mövzu: Mirzə Ələkbər Sabirin həyatı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   54   55   56   57   58   59   60   61   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

XIV Mövzu:
Mirzə Ələkbər Sabirin həyatı. 
Satiralarında müxtəlf sosial təbəqələrə estetik münasibətin 
səciyyəsi. 
Həyatı. İlk qələm təcrübələri. Yaradıcılığının əsas 
mərhələləri. Klassik şeir üslubunda yazılmış əsərləri. Mərsiyələri, 
qəzəlləri.
 
Yaradıcılığının birinci mərhələsində ictimai satiraya meyl 
( “Həmədanda qonağımdan...”, “Tanrı hər yerdə pulu...”). “Bir 
məclisdə on iki kişinin söhbəti” şairin yaradıcılığının birinci 
mərhələsində “ictimai satiranın parlaq nümunəsi” (A.Məm-
mədov) kimi. 
Sabirin poeziyasında “Molla Nəsrəddin” mərhələsi. 
Jurnalda çap olunan ilk şeiri.
Şairin kəndli-mülkədar, fəhlə-kapitalist münasibətlərinə 
milli intibah, vətəndaşlıq düşüncəsindən baxışı. Sabirdə mülkədar 
və kapitalist (həmçinin ictimai “yuxarı”ları təmsil edən bütün 
tiplər) vətəndaşlıq borcunu dərk etməyən insanın obrazı kimi. 


89 
Sabir satirasının tırbiyəedici mahiyyəti. Həm yuxarı, həm də 
aşağı təbəqəni hədəf alan satirik gülüşün ictimai və milli şüur 
tərbiyəsi məqsədi daşıması. Yuxarə və aşağı təbəqə münasi-
bətlərinə milli birlik prizmasından yanaşma. “Millət” anlayışı 
Sabir satirasının əsas mübtədası kimi. Ədəbiyyatşünaslıqda Sabir 
satirasının “xalq” anlayışına müncər edilməsinin ideoloji 
mahiyyəti.
İctimai “yuxarı”lara Sabir satirasında artan diqqət. 
“Hophopnamə”də narahat mülkədar və kapitalist (həmçinin din 
xadimi, dövlət məmuru və s.) obrazları. Bu tiplərin “zəmanədən 
şikayəti”nin sosial məzmunu. 
Sabirdə oyanan kəndli, fəhlə obrazına artan diqqət. 
“Əkinçi”, “Bakı fəhlələrinə”, “Fələ, özünü sən də...”, “Təraneyi-
əsilanə” satiraları cəmiyyətdəki ictimai oyanışın əks-sədası kimi. 
Sabirin yaradıcılığında fəhlə, kəndli, mülkədar, kapitalist, 
din xadimi, ziyalı- intiligent, məmur, dövlət adamı, bir sözlə 
cəmiyyətin ən müxtəlif ictimai təbəqələrini təmsil edən tiplərin 
satirik 
portretləri.Tiplərin 
dilindən 
söylənən monoloqlar 
özünüsəciyyələndirmə üsulu kimi.
Sabirin yaradıcılığında zamanın siyasi hadisələrinə artan 
diqqət. “Beynəlmiləl” şeirində erməni-müsəlman qarşıdurmasına 
verilən analitik təhlil. 
Azərbaycanda, Rusiyada, İranda və Türkiyədə baş verən 
siyasi olaylara şairin aktiv və operativ münasibəti ( “Səttar-
xanədir”, “Osmanlılar, inanmayın Allahı sevərsiz”, “İstiqbalımız 
lağlağıdır” və s.). Siyasi mövzular şairin satirasının aparıcı 
xətlərindən biri kimi. 
“Hophopnamə” milli həyatın ensiklopediyası, onun 
müəllifi XX əsrin ən böyük vətəndaş şairi kimi. Sabir 
yaradıcılığında millət anlayışının məzmunu. 
Sabir yaradıcılığında Azərbaycançılıq bədii konsepsiya 
şəklində. Vətən və onun taleyi, millət və onun taleyi ilə bağlı 
narahat düşüncələri ( “Millətin halı pərişan ola”, “Ey müsibətzadə 
dindaşlarım, etdikcə nəzər” və s.) 


90 
Sabirdə türkçülük, türk birliyi, turançılıq. “Fəxriyyə” 
şeirində türk birliyi ideyasının konseptual qoyuluşu. Əsər şairin 
türk birliyi amalının tarixi-bədii salnaməsi kimi. 
Şairin dünyagörüşündə İslam əxlaqının yeri. Şairin 
yaradıcılığında İslami dəyərlərin poetik təcəssümü bütöv bir 
sistem kimi. Sabirdə İslam aləminin mənəvi birliyinin zəruriliyi 
məsələsi. 
Sabir satirasında qadın probleminin qoyuluşu. Məktəb, 
maarif, elm və təhsil- millətin savadlanması məsələsi şairin milli 
özünüdərk konsepsiyasının tərkib hissəsi kimi. Uşaqlar üçün 
əsərləri. 
Şairin sənət görüşləri ( “Nə yazım”, “Təraneyi-şairanə”, 
“Söz”, “Ey alnın ay...” və s.). 
Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Sabir və 
klassik şeir problemi. Satiralarında ənənəyə novator münasibət. 
Sənətkarın poetik irsinin müasirliyi. 
Sabir irsinin tədqiqi məsələləri. Sabirşünaslıq və onun 
müasir problemləri. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin