XV Mövzu: M.Ə.Sabir satirasının dialoji məzmunu:
inkar və təsdiq pafosu.
Sabir satirasının inkar pafosu – ancaq
eybəcərliyi tənqid mahiyyəti daşımasının ideoloji mahiyyəti. Bu
satirada təsdiq pafosunun da mühüm yer alması. Satiraların
böyük əksəriyyətinin dialoji məzmun daşıması.
Sabir satirasında tarixiliyin dialoji məzmundakı estetik
ifadəsi. Satirik tiplərin monoloqlarının dialoji xarakteri. Tipin
cəmiyyətdə gedən proseslərə etirazında ictimai inkişafı
şərtləndirən hadisələrin yer alması. Tipin etirazlarında milli
ictimai düşüncənin inkişafınin yer alması. Satiralarda milli
ictimai şüur nümayiş etdirən yuxarı təbəqə obrazları. Maarifçilik
hərəkatının genişlənməsindən narahatçılığın estetik mahiyyəti.
Satiralarda elm, təhsil, bütğvlükdə maariflənməyə qarşı çıxan
obrazlarla birlikdə marifin əhəmiyyətini dərk edən, artıq bu
prosesə qoşulmuş insanların obrazları: Maarifçi ata, maarifçi ana,
təhsil almağa həvəsli məktəbli obrazları və s. Qadınların, qızların
91
təhsil almasından narazılıq ifadə edən tipin sözlərinin estetik
mahiyyəti.
“Mən bilməz idim bəxtdə bu nikbət olurmuş”, “Ey fələk,
zülmün əyandır...”, “Ey əzizim, xələfim...”, “Xəsisin heyfi,
varisin keyfi”, “Ağlaşma”, “Vay-vay! Nə yaman müşkülə düşdü
işim, Allah!”, “Naəhl olana mətlbi andırmaq olurmu?!”,
“Təraneyi- əsilanə” və s. şeirlərində cəmiyyətdə qedən mütərəqqi
proseslərin əksi.
XVI Mövzu:
Sabir ədəbi məktəbinin nümayəndələri.
Əli Nəzmi.
Həyatı. Yaradıcılığı. Yaradıcılığının birinci
mərhələsində zəmanədən şikayət motivləri ( “Fələkdən giley”,
“Şikayət”).
Şeirlərində ictimai-siyasi problemlərin bədii inikasına
meyl. Əsərlərində tənqidi-romantik pafos. Eyni zamanda (“Kəndə
ibtida”, “Hürriyyətin lüzumu”, “İstibdad”) şeirlərində özünə yer
alan milli-azadlıq və vətənçilik düşüncəsi. İnkar pafosu ilə
bərabər təsdiq pafosunun da Əli Nəzmi və digər satiriklərin
yaradıcılığı üçün səciyyəviliyi.
Ə.Nəzminin
üslubunun
formalaşmasında
“Molla
Nəsrəddin” jurnalının rolu. Yaradıcılığının ikinci mərhələsi.
Çoxsaylı satirik imzalarla jurnalda ardıcıl çıxışları. Şeirlərində
satirik tənqidin güclənməsi. Satiralarının poetik sistemində Sabir
yaradıcılığının təsiri. Mövzu dairəsinin genişlənməsi.
Qadın hüquqsuzluğu, qadınların təhsili, maariflənməsi,
milli məişətdə qadının üzləşdiyi çoxsaylı problemlər Ə.Nəzmi
satirasında ardıcıl yer alan mövzu kimi ( “Kişilərimiz”, “Məs-
ləhət”, “Bir qızın “Molla Nəsrəddin”ə ərz-halı”, “Arvadlarımız”,
“Vəssəlam” və s.).
Milli priblemlərə biganəlik, milli düşüncə məhdudiyyətinə
yönələn tənqid. “Zindan”, “Yazım, yazmayım”, “Olacaqmı”,
“Olur-olsun”, “Əşari məhzunanə” və b. şeirlərində türkçülük
düşüncəsinin təzahür xüsusiyyətləri.
İranda baş verən ictimai-siyasi hadisələrə satirik-tənqidi
münasibət ( “Şah”, “Aldanmayın”, “Məmdəlinin vidası” və s.).
92
Fanatizm və avamlıq, maarif, elm, təhsilə biganə
münasibət, sosial düşüncə məhdudiyyətinin tənqidi ( “Beyt”,
“Məktəb”, “Nə idi”, “Bakı” və s.).
Din, şəriət adından istifadə edən, xalqı cəhalətdə
saxlamağa çalışan “mollanüma”ların tənqidi.
Ə.Nəzminin satirasında klassik şeir formalarından
istifadə. Əsərlərinin dil xüsusiyyətləri.
Ə.Nəzmi yaradıcılığı sovet dövründə.
Dostları ilə paylaş: |