Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   58   59   60   61   62   63   64   65   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

XVIII Mövzu:
Məhəmməd Hadinin həyatı və 
yaradıcılığı.
Həyatı. Təhsili. Mətbuat sahəsindəki fəaliyyəti. 
M.Hadi Birinci Dünya müharibəsi cəbhələrində.
Yaradıcılığı: İlk mətbu şeiri. M.Hadi lirik- romantik şeirin 
böyük nümayəndəsi kimi. Yaradıcılığında klassik şeir ənənələri. 
Ədəbi istiqamətinin müəyyənləşməsində “Füyuzat” jurnalının 
rolu. Şeir kitabları. Lirikasının aparıcı mövzuları. Maarifçi 
dünyagörüşünün romantik ifadəsi ( “Funun və maarif”, “Lövheyi-
təsviri maarif”, “Qələmə” və s.) .


95 
Vətən, Millət və Hürriyyət anlayışlarının M.Hadi 
yaradıcılığındakı romantik məzmunu. Millət və onun dərdlərinin 
M.Hadinin poetik tərcümeyi-halında yeri ( “Bariqeyi-inqilab”, 
“Qarışıq xəyallar” şeirləri və s.) 
Şairin Vətən və Vətəndaş haqqında romantik düşüncələri ( 
“Nəğmeyi-əhraranə”, “Vətən”, “Vətənin nidası” və s.). 
Şeirlərində mütləqiyyət rejiminə ünvanlanan ittihamlar. 
“Bərabərlik aləmindən məktublar” əsərində romantik xəyaldan 
doğulan “ideal cəmiyyət”. 
Azadlıq və Hürriyyət Hadinin romantizmində vəsf obyekti 
kimi.
Fəlsəfi lirikası. Həyatın, yaranışın və dünyanın mənası 
Hadi yaradıcılığında dərk olunması çətin olan sual şəklində ( 
“Dünya saheyi-qəmdir”, “Bükayi-təbiət”, “Tövsiyeyi-mürg”, 
“İnsanların tarixi faciələri...” və s.). 
“İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” əsəri 
fəlsəfi-lirik poema kimi. Romantizmin “qəm” motivi Hadidə 
“bəşəri kədər” şəklində. Poemada XX əsr insanının sosial 
təbiətinə fəlsəfi baxış. İctimai həyatın təzadları romantik təhlil 
predmeti kimi. 
M.Hadinin şeir dili. Şairin yaradıcılığına ədəbi tənqiddə 
verilən qiymətlər. 
XIX Mövzu:
Hüseyn Cavidin həyatı və yaradıcılığı. 
Hüseyn Cavid XX əsr Azərbaycan romantizminin böyük 
nümayəndəsi kimi.
Həyatı və ədəbi mühiti. Yaradıclığı: İlk şeir kitabları. 
Aşiqanə, lirik-romantik ruhda yazılmış şeirləri. Lirikasında hüzn, 
kədər motivlərinin romantik bədii təcəssümü ( “Get”, “Məyus bir 
qəlbin fəryadı”, “Ah, yalnız sən”, “Bir kafirə”, “Çoban türküsü” 
və s.). 
Cavidin lirikasında Birinci Dünya müharibəsinin törətdiyi 
fəlakətlərə romantik münasibət ( “Hərb və fəlakət”, “Qüruba 
qarşı” və s.).


96 
Lirikasının mövzu dairəsinin genişlənməsi, dünyanın, 
insan xislətinin dərkinə cəhd. 
H.Cavidin dramaturgiyası. “Ana” Azərbaycan ədəbiy-
yatında ilk mənzum dram kimi. Əsərin mövzusu və süjet xətti. 
Pyesdə İnsanın mənəvi iztirabları bədii tədqiq obyekti kimi. Ana 
və İsmət obrazları.
“Maral” faciəsi. Mövzusu və konflikti. Əsərdə cəmiyyət 
həyatinda pulun roluna tənqidi münasibət. Qadın probleminin 
qoyuluşu. Pyesdə həqiqi məhəbbətin bədii təcəssümü. Turxan bəy 
və Maral obrazları. Cəmilin romantik düşüncələri. Nadir bəy 
ziyalı obrazı kimi.
“Şeyx Sənan” əsəri. H.Cavidə qədər “Şeyx Sənan” 
mövzusu bədii ədəbiyyatda. Ədəbiyyatşünaslıq və tənqiddə 
faciənin “din əleyhinə yazılmış əsər” kimi tədqiqi. Əsərdə dini 
inancın insanın sosial, məhəbbət-sevgi hissinin insanın təbii 
varlığının əlaməti kimi təcəssümlənməsi. Faciədə insanın təbii 
varlığının sosial varlığı üzərində qələbəsinə romantik inam. 
Fəlsəfi qatda ilkinliyin, təbii varlığın müdafiəsi. Şeyx Sənan 
obrazının romantik təbiəti. Əsərə “sənət sənət üçündür” 
prizmasından baxışı önə çıxaran cəhətlər.
“Şeyda” və “Uçurum” əsərlərinin mövzu və ideya 
xüsusiyyətləri. 
“İblis” H.Cavidin mənzum faciə janrında yazdığı ən 
mükəmməl əsər kimi. Əsərdə müharibə və İnsan mövzusu. 
Əsərdə tarixilik. Zamanın hadisələrinə bəşəriyyətin, insanlığın 
faciəsi kontekstində yanaşma. İblis obrazı insan xislətinin bədii 
təcəssümü kimi. Arif surətində bəşər övladının xislətində gedən 
iblisləşmə prosesinin bədii ifadəsi. İblisin son monoloqunda 
insanın keçdiyi yola, qazandığı xislətə fəlsəfi baxış. “Ya hər kəsə 
xain olan insan nədir?- İblis!..” misrasında ifadə olunan bədii 
həqiqətlər.
Cavidin sovet dövrü yaradıcılığı haqqında. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin