97
əsərlərinin toplusu kimi. Ədəbi görüşlərinin formalaşmasında
Qərb ədəbiyyatı ilə tanışlığın rolu. F.Köçərli ilə əlaqələrinin
estetik düşüncəsinə təsiri.
Şeirlərində hüzn, kədər, pərişanlıq motivləri ( “Oxu-
cularıma”, “Tərcümeyi-halım”, “Bəyani-hal”, “Şikayət” və s.).
Zəmanədən şikayətləri. Vətəndaşlıq amalını təcəssüm
etdirən şeirləri.
“Əhmədin qeyrəti” poemasının mövzusu. Əsərdə milli
azadlıq uğrunda mübarizə ideyası. Poemada realist təsvirə meyl.
“Şair, Şeir pərisi və Şəhərli” poeması. Əsərdə sənətkar və
sosial mühit problemi. A.Səhhətin
romantik düşüncələrinin
simvolik ifadəsi. Şair, Şeir pərisi və Şəhərli obrazlarının estetik
“yük”ü. Əsərdə sənətdə estetizm, sənətin ictimai həyatla əlaqəsi,
sənətin vətəndaşlıq qayəsi haqqında düşüncələr. Şair sənət yolunu
müəyyənləşdirməyə çətinlik çəkən sənətkarın obrazı kimi.
Romantik bədii düşüncə Şeir pərisi obrazında. Poemada
sənətkarın vətəndaşlıq missiyasını simvollaşdıran obraz- Şəhərli.
Şair
obrazındakı
avtobioqrafizm.
Əsərin
bədii-struktur
xüsusiyyətləri.
A.Səhhət peyzaj ustası kimi ( “Bahar axşamı”, “Dərya
kənarı”, “Yay gecəsi” və s).
Tərcümələri. “Məğrib günəşləri” bədii tərcümə toplusu
kimi.
Uşaq şeirləri. Ədəbi-tənqidi məqalələri.
Bədii nəsri. Bizə gəlib çatmayan nəsr əsərləri haqqında
məlumat.
XXI Mövzu:
Abdulla Şaiqin həyatı və yaradıcılığı.
Həyatı. Yaradıcılığı: Yaradıcılıq mərhələləri.
Sovet
dövrünəqədərki əsərlərində A.Şaiq Azərbaycan romantizminin
böyük nümayəndələrindən biri kimi.
Şairin ilk romantik əsəri- “İki müztərib, yaxud əzab və
vicdan”. Əsərin janrı və srtukturu. Əsas obrazları və süjet xəttinin
əsasında duran hadisə. Süjetin inkişafının və qəhrəmanların
xarakterinin romantik təbiətini müəyyən edən xüsusiyyətlər.
98
“İki müztərib, yaxud əzab və vicdan”
əsərini Alman
romantizminin nümunələri ilə bağlayan cəhətlər.
“Şair və qadın” A.Şaiqin ilk romantik əsərləri sırasında.
Bu əsəri A.Səhhətin “Şair, Şeir pərisi və Şəhərli” əsəri ilə
bağlayan və ayıran cəhətlər. Əsərdə qərb aləminin, insanın fərdi
yaşantılarının romantik əksi.
A.Şaiqin romantik lirikasında “qəmin poeziyası”.
“Məzlumların göz yaşı”na artan diqqət romantik şeirin təbiəti
kimi. “Qış gecəsi”, “Gələcək qorxusu” və b. şeirlərində təbiətin
amansızlığı ilə üz-üzə qalan məzlum insanların obrazı.
“Qəmin poeziyası”nda “Nişanlı qız” şeirinin yeri. Şeirdə
ədəbi təsirlənmənin mənbəyi.
“Vərəmli həyat”, “Şikayətlərim” və b. şeirlərində
romantik lirik qəhrəmanın ictimai mühit haqqında düşüncələri.
Şaiqin romantik qəhrəmanı Yerlə Göy arasında ( “Ülkər”,
“Bir ulduza” və s).
“Bəxtsiz rəfiqəmə”, “Noheyi-iştira”, “Yad et məni” şeirlə-
rində və “Şair və qadın” mənzum pyesindəki avtobioqrafizm.
İctimi-siyasi həyatın romantik plandakı əksi ( “Vətən”,
“Hürriyyət pərisinə”, “İyirminci əsrə xitab”, “Əsrimizə xitab” və
s).
“Həpimiz bir günəşin zərrəsiyiz” şeirinin A.Şaiqin
romantik lirikasındakı yeri. Əsərin ümumbəşəri məzmunu. Şeirdə
“bəşəri qardaşlıq” ideyasına Qurani-Kərim fəlsəfəsindən nüfuz.
Şeirdə ədəbi təsirlənmənin mənbəyi. Novalisin şeiri ilə A.Şaiqin
dini dünyagörüşünün ifadəsi baxımından
bir-birini tamamlayan
cəhətləri.
“İblisin hüzurunda” və “İdeal və insanlıq” əsərlərində
İnsan xislətinin bədii tədqiqinə cəhd. İblis və ya Şeytan insanın
xislətindəki Şərin simvolik-bədii təcəssümü kimi. İnsan-İblis (
“İblisin hüzurunda”), İnsanlıq və Şeytan ( “İdeal və insanlıq”)
obrazlarında simvollaşan Xeyirlə Şərin mübarizəsi. “İdeal və
İnsanlıq” əsərindəki şərti obrazlar silsiləsinin ideya-məzmun
“yük”ü.
99
Şaiqin “Yazıya pozu yoxdur”, “Simurq quşu” əsərlərində
folklor motivlərinin romantik bədii təcəssümü.
“Ədhəm” poeması və “Qafqaz çiçəyi” pyesi Qafqazın
dağlı xalqlarının həyatından, milli adət-ənənələrindən
bəhs edən
əsərlər
kimi.
“Ədhəm”
poemasındakı
“qonaq
qatilin
bağışlanması” sujetinə verilən romantik bədii həll. Əsərdə
Ədhəmin mənəvi əzablarının romantik əksi. Poemanı H.Cavidin
“Ana” pyesi ilə bağlayan və ayıran cəhətlər.
“Qafqaz çiçəyi” əsərində şəxsiyyət azadlığı ilə milli
azadlıq uğrunda mübarizə idealının romantik sintezi. “İki
familiyanın məhvi” poemasında vaxtını keçirmiş adət-ənənələr
romantik təhlilin predmeti kimi. İnsan
taleyinə patriarxal
qanunlar çərçivəsində romantik baxış.
Bədii nəsri. “Məktub yetişmədi” və “Köç” hekayələri.
“Köç”də idillik həyat təsvir predmeti kimi. Əsərdə gerçəkliyin
romantikası və romantik üsluba məxsus səciyyəvi əlamətlər.
“Əsrimizin qəhrəmanları” romanı. Romanda Azərbaycan
burjuaziyasının həyatı “atalar və oğullar” problemi kontekstində.
A.Şaiqin uşaq ədəbiyyatı sahəsində fəaliyyəti. Pyesləri,
mənzum nağılları, şeirləri.
Şairin Sovet dövrü yaradıcılığı haqqında.
Dostları ilə paylaş: