101
Şairin lirikasında qəm motivi. Bu motivin
ənənədən gələn
cəhətləri və tarixiliyi. Ə.Cavad romantizmində Vətən və millətin
taleyi problemi. Şairin lirikasında yar-sevgili obrazının romantik
funksiyası. Lirikasındakı şikayət motivlərinin tarixi məzmunu.
Ə.Cavad şeirində “qaranlıq” və “dan ulduzu” obrazlarının
simvolikası.
Ə.Cavadın 20-ci ili yaradıcılığının simvolikası. “Gözəl
qadın”, “Unudulmuş sevda” şeirlərində
tarixiliyin simvolik
ifadəsi. “Göy göl” şeirinin ədəbi mühitdə yaratdığı rezonans.
“Səsli qız” poeması Ə.Cavadın 20-ci illər yaradıcılığının zirvəsi
kimi. Poemada milli ideala sədaqətin və müstəmləkəçiliyə qarşı
mübarizənin əksi.
30-cu illərdə Ə.Cavad yaradıcılığı sosrealizm çevrəsində.
Bu mərhələ
əsərlərində ideoloji motivlər, sənətkarlıq cəhətdən
zəiflik. 30-cu illər yaradıcılığını şairin həqiqi dünyagörüşünün və
estetik idealının ifadəsi hesab etməyin mümkünsüzlüyü.
Mövzular üzrə təlimin nəticələri
-
XX əsr Azərbaycan ədəbi cərəyanlarının məzmununu şərh edə
bilir;
-
XX əsr Azərbaycan ədəbiyyatının ədəbi- mədəni xüsusiyyətlərini
müəyyən edir;
-
Bu dövrdə nəşr olunan orqanların
ictimai- mədəni mühitdə
apardığı mücadilənin məzmununu təhlil edir;
-
Tənqidi realizm ədəbi cərəyanının
görkəmli nümayəndələrinin
əsərlərini müasir tələblər baxımından ifadə edə bilir;
-
Ədəbiyyatın romantik qolunun
nümayəndələrinin sənət
kriteriyalarını müqayisə edir;
-
XX əsr Azərbaycan poeziyasının, nəsrinin, dramaturgiyasının
ümumi axarını
şərh edir;
-
Azərbaycan ədəbiyyatının dinamikasında nələrin xarakterizə
olunmasını dəyərləndirir.