Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   56   57   58   59   60   61   62   63   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

Məmməd Səid Ordubadi. 
Həyatı. Yaradıcılığı: İlk şeir 
kitablarında maarifçi dünyagörüşünün bədii əksi: Nadanlığın, 
geriliyin tənqidi, elmə, maarifə çağırış. “Vətən və hürriyyət”də 
siyasi mövzuların inikasında lirik-romantik pafos. Şairin vətən və 
millətin keçmişi, müasir problemləri ilə bağlı düşüncələri. 
“Molla Nəsrəddin” jurnalında iştirakı. Şeirlərində satirik 
ruhun güclənməsi. Sosial-siyasi məsələlər Ordubadinin satira 
güzgüsündə. İctimai geriliyin, qadın hüquqsuzluğunun, çarizmin 
milli qırğın siyasətinin, elmə, təhsilə laqeyd münasibətin tənqidi.
“A molla”, “Körpə nişanlı”, “Qadınlar”, “Ona...”, “Yap”, 
“Bizim qız” satiraları Ordubadini Sabir ədəbi məktəbinə bağlayan 
səciyyəvi nümunələr kimi. 
“Ona...” satirasında zülmə, zülmkarlığa, insanın şər 
əməllərə meylinə satirik-fəlsəfi münasibət. Əsərdə Xeyirin Şər 
üzərində qələbəsinə inam pafosunun poetik ifadəsindəki 
mükəmməllik. 
Ordubadinin “Yap” şeiri siyasi satiranın uğurlu nümunəsi 
kimi.
Bədii nəsri və dramaturgiyası. 
“Qanlı sənələr” əsərində 1905-ci il erməni-müsəlman 
qırğınlarına obyektiv baxış. 
Ordubadinin milli azadlıq müharibələri mövzusunda 
yazılmış tarixi dramında (“Əndəlisin son günləri”) Musa milli 
azadlıq uğrunda mübarizə qəhrəmanı kimi.
“Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab” 
əsərinin Azərbaycan miniatür romanları içərisində yeri. Əsərin 


93 
mövzusu. Süjet xəttindəki fraqmentallıq. Əsərin hissələri və 
onların məzmunu. 
Maarifçi qəhrəman kimi Rzaqulu xanı sələfləri ilə 
birləşdirən və ayıran cəhətlər. Əsərdə İranın məişət və siyasi 
həyatının təsviri. Böyük xanım obrazının ideya “yük”ü. Ədəbi 
tənqiddə romanla bağlı mülahizələr. 
Sovet dövründə Ordubadi tarixi romanlar ustası kimi (qısa 
xülasə). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin