Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

Mirzə Əli Möcüz. 
Sabir ədəbi məktəbinin Cənubi 
Azərbaycan ədəbiyyatında ən istedadlı davamçısı kimi. 
Həyatı. Yaradıcılığı. Lirik təbliği ruhda yazılmış 
şeirlərində bədii düşüncənin predmetini təşkil edən məsələlər.
Xəyyamanə ruhda yazılmış rübailəri.
Möcüzün satiralarında “İranın sosial gerçəkliyinin dərin 
ictimai bəlaları” (T.Novruzov) tənqid hədəfi kimi ( “Xəlqi bidar 
eylərəm”, “Ziyafət və fəlakət” və s.). 
Müharibəyə, müharibə törədicilərinə, imperializmə, 
istibdad rejimlərinə nifrət təlqin edən şeirləri ( “Ey Vilhelm”, 
“Prussiya şahı”, “Xəlqi bidar eylərəm” və s.) 
“Cümhuriyyət” şeirinin mövzu və ideya xüsusiyyətləri. 
Möcüzün tənqidində açıq tendensiyalılıq. 
“Qələm” şeirində Möcüzün sənət görüşləri və Sabirə 
münasibətinin bədii ifadəsi. 
Ə.Qəmküsar, B.Abbaszadə, S.Mənsur, C. Cabbarlı 
yaradıcılığını Sabir ədəbi məktəbinə bağlayan cəhətlər haqqında 
məlumat. 
XVII Mövzu:
Romantizm ədəbi cərəyanının estetikası. 
Romantizm ədəbi cərəyan kimi. Ədəbi cərəyann yaradıcılıq 
metodu- romantik metod. XX əsr Azərbaycan romantizmini 
doğuran ictimai-siyasi, ədəbi-mədəni amillər. Maarifçilik hərəkatı 
romantizmin məfkurə əsaslarından biri kimi. Azərbaycan 
romantizminin ədəbii mənbələri.


94 
Avropa romantizminin Azərbaycan ədəbi mühitinə nüfuz 
yolları. 
Azərbaycan 
romantiklərinin 
yaradıcılığına 
türk 
romantiklərinin təsiri. 
Romantizmdə ictimai azadlıq düşüncəsi. Romantik idealın 
təcəssümündə aparıcılıq təşkil edən obrazlar. Romantik sənətdə 
Hürriyyət obrazı. Hürriyyət sözü romantik şeirin “rədif”i kimi. 
Klassik poetikadan gələn obrazların yeni məzmunu. Vətən sevgili 
obrazında. Aşiq-məşuq münasibətlərinin simvolikası. Roman-
tizmdə Vətənin taleyilə bağlı pessimist düşüncələr və onları 
doğuran obyektiv şərait. Romantizmdə “qəm” motivi. Vətənin 
füsunkar təbiətinin tərənnümündən doğan nikbin ovqat. 
Romantizmdə tarixilik. Millət və onun taleyi məsələsi. 
Məsələyə münasibətdə romantikləri tənqidi realistlərlə birləşdirən 
cəhətlər. 
Romantiklərin 
tarixiliyindəki 
qeyri 
ardıcıllıq. 
Romantizmdə “sənət həyat üçündür” və “sənət sənət üçündür” 
dilemmasına estetik baxış. 
Romantizmdə Şərq mövzusu. Qərb tərəqqinin simvolu 
kimi. Bədii düşüncədə Şərq-Qərb paralelizmi.
Klassik şeirin lirik məzmununun sosial mündəricə ilə 
əvəzlənməsi. Ənənəvi forma, yeni məzmun. Lirik “mən”in 
millətini və bəşərin taleyi ilə bağlı narahat düşncələrinin bədii 
məzmunda yer alması.
Azərbaycan 
romantizminin 
əsas 
nümayəndələri. 
Romantik idealın ifadəsində sənətkarları birləşdirən və ayıran 
cəhətlər. Fərdi üslublar.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin