Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


XXII Mövzu: Cəfər Cabbarlının həyatı və romantik



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   60   61   62   63   64   65   66   67   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

XXII Mövzu:
Cəfər Cabbarlının həyatı və romantik 
yaradıcılığı. 
Həyatı. Lirik şeirləri. Lirik şeirlərində romantik 
estetikadan gələn motivlər. Məzlumların həyatı bədii təsvir 
predmeti kimi. Cabbarlı lirikasında qəm motivi. “Qurub çağı bir 
yetim”, “Boranlı qış gecəsi” şeirləri. Ölüm və həyat motivlərinin 
romantik təfsiri. Cabbarlı lirikasında tarixiliyin romantik aspekti. 
Lirikasında millət və onun taleyi probleminə verilən həll. 
Ümmətçiliyin təzahür xüsusiyyətləri.
Satirik şeirlərində Cabbarlı M.Ə.Sabir məktəbinin 
davamçısı kimi.
Cabbarlının hekayələrində məzlumların həyatı bədii təsvir 
obyekti kimi. “Aslan və Fərhad”, “Dilbər” hekayələrində şairin 
romantik lirikasından gələn motivlərin davamı. 


100 
Cabbarlı dramaturgiyasında lirikası, satirik şeirləri və 
hekayələrindəki ideya motivlərinin geniş planda təfsiri. “Vəfalı 
Səriyyə” və “Solğun çiçəklər” əsərlərində məlumluğa və 
zalımlığa romantik münasibət. “Vəfalı Səriyyə”də Cabbarlının 
dini dünyagörüşündən çıxışı. “Nəsrəddin şah” əsərində 
məzlumlar və zalımlar konfliktinə sinfilikdən kənar yanaşmalar. 
“Ulduz” və “Ədirnə fəthi” əsərlərində türkçülük və islam 
xalqlarının birliyi ideyalarının bədii ifadəsi. Cabbarlı 
dramaturgiyasında “eşq süjetləri”nin estetik funksiyası. 
“Aydın” və “Oktay Eloğlu” əsərlərini dünya romantizminə 
bağlayan motivlər və xarakterlər. “Oktay Eloğlu”nda tarixiliyin 
romantik inikası. Oktay milli özünüdərk düşüncəsini simvol-
laşdıran obraz kimi. “Oktay Eloğlu”nda “səhnə həyatı”nın 
simvolikası. 
1923-cü ildən sonra (İki dəfə həbs olunduqdan sonra) 
Cabbarlı dünyagörüşündə yaranan ziqzaqlar. “Od gəlini”ndən 
başlayaraq Cabbarlının İslam dünyagörüşündən, millilik və 
ümmətçilik düşüncəsindən uzaqlaşması. “Od gəlini”ndə məzmun 
və “ideya ikiləşməsi”. “Allah yoxdur” ideyasının ideoloji 
məzmunu. Bu məzmunun “Almaz”da və “Sevil”dəki davamı və 
milli həyatın tarixi mahiyyətindən uzaqlığı. Almaz obrazındakı 
qeyri-səciyyəvilik. 
Sevilin 
xarakterinin 
öz 
təbiətindən 
çıxarılması. Bu əsərləri və bütövlükdə Cabbarlının sovet dövrü 
yaradıcılığını onun həqiqi dünyagörüşünün ifadəsi hesab etməyin 
qeyri-mümkünlüyü. 
Cabbarlının 
sovet 
dövrü 
əsərlərinə 
ədəbiyyatşünaslığın tənqidi yanaşma zərurəti. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin