495) Qarışıq formalı qlomerulonefrit üçün daha xarakterdir:
A) proteinuriya ilə olan hematuriya
B) leykosituriya, bakteriuriya
C) abakterial leykosituriya
D) uzunsürən hematuriya
E) təcrid olunmuş proteinuriya
Ədəbiyyat: И.Е.Тареева. Нефрология. «Медицина», Москва, 1995.
496) Qarışıq formalı qlomerulonefrit üçün xarakterik deyil:
A) abakterial leykosituriya
B) hematuriya
C) qlükozuriya
D) proteinuriya
E) hipertenziya
Ədəbiyyat: И.Е.Тареева. Нефрология. «Медицина», Москва, 1995.
497) Qlomerulonefritin nefrotik formasının aktivliyini təsdiq etmir:
A) hiperlipidemiya
B) hipoalbuminemiya
C) proteinuriya
D) disproteinemiya
E) EKQ – də T dişciyinin aşağı düşməsi
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
498) Qlomerulonefritin hematurik formasının fəsadlarından ən çox hallarda müşahidə olunan hansıdır?
A) hipertonik ensefalopatiya
B) abdominal kriz
C) ürək çatışmazlığı
D) ağ ciyər ödemi
E) qanaxma
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
Dostları ilə paylaş: |