660) Metilksantin törəməsi olan bronxodilatator hansıdır?
A) Trebutalin
B) Eufillin
C) Salbutamol
D) Fenoterol
E) Klenbuterol
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
661) İnhalyasiya yolu ilə yeridilən steroidlərin ən çox rast gəlinən əlavə təsiri nədir?
A) Böyrəküstü vəzi çatışmazlığı
B) Ağız boşluğunun kandidozu
C) Hiperqlikemiya
D) İtsenko-Kuşinq sindromu
E) Osteoporoz
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
662) Aspirasion pnevmoniyanın müalicəsini hansı antibiotiklərlə başlamaq lazımdır?
A) Makrolidlər
B) Tetrasiklin
C) Metronidazol+3-cü nəsl sefalosporinlər
D) 1-ci nəsl sefalosporin
E) Təbii penisillin
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998
Dostları ilə paylaş: |