971) Anadangəlmə toksoplazmozun simptomlarına aid deyil:
A) Mərkəzi sinir sisteminin zədələnməsi(meninqoensefalit,hidrosefaliya qıcolma sindromu)
B) Psixi inkişafdan geri qalma
C) Oynaqların zədələnməsi
D) Daxili orqanların zədələnməsi
E) Xorioretinit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
972) Anadangəlmə sitomeqalovirus infeksiyasına şübhə yaradan simptomlardan hansı aid deyil?
A) Vaxtından əvvəl doğuş
B) Böyrəküstü vəzinin çatmamazlığı
C) Xorioretinit
D) Mikrosefaliya , inkişafdan geri qalma
E) Hepatosplenomeqaliya , çox hallarda – sarılıqla
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
973) Yeni doğulmuş uşaqlarda hemorragik xəstəliyin ilk klinik əlamətinə hansı aiddir?
A) Selikli qişalardan qanaxma
B) Ekzoftalm
C) Hemartroz
D) Qan azlığı
E) Kəllədaxili qansızma
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997..
Dostları ilə paylaş: |