1049) Kəskin herpetik stomatitin etioloji müalicəsi hansıdır?
A) Qızdırma əleyhinə vasitələr
B) Antiseptik məhlullarla ağız boşluğunu yaxalamaq
C) Virus əleyhinə müalicə
D) Antibakterial dərmanlar
E) Pəhriz
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
1050) Pəhrizdə qida komponentlərindən hansı artıq olduqda dişlərin kariesinin inkişafına şərait yaradır?
A) Xörək duzu
B) Şəkər
C) Yağlar
D) Maye
E) Kalsium
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
1051) Dişlərin laxlaması, diş ətinin qanaması (parodontal sindrom) nə vaxt baş verə bilər?
A) Nefritdə
B) “Kollagenozlarda “
C) Respirator-virus xəstəlikləri zamanı
D) Neytropeniya zamanı
E) Birləşdirici toxumanın sistem xəstəliklərində
Ədəbiyyat: Н.В.Курякина . «Терапевтическая стоматология детского возраста» 2004
Dostları ilə paylaş: |